19 Sen 2026

Unibank karyerasına bank sektorunda başlamaq, praktiki təcrübə qazanmaq və peşəkar mühitdə inkişaf etmək istəyən namizədlər üçün bir neçə istiqamət üzrə təcrübə proqramları elan edib.
Proqramlar maliyyə, insan resursları, rəqəmsal mühəndislik, daxili nəzarət və digər sahələri əhatə edir. Təcrübəçilər seçdikləri istiqamət üzrə real iş prosesləri ilə tanış olmaq, mütəxəssislərlə birlikdə çalışmaq və nəzəri biliklərini praktikada tətbiq etmək imkanı əldə edə bilərlər.
Bu proqramlar xüsusilə tələbələr və yeni məzunlar üçün bank sektorunda ilk peşəkar təcrübəni qazanmaq, gələcək karyera istiqamətini müəyyənləşdirmək və CV-ni gücləndirmək baxımından yaxşı imkan yaradır.
Müraciət etmək üçün LİNK