19 Sen 2026

“Qlobal Koreya” təqaüd proqramı ilə Koreyada bakalavr təhsili almaq mümkündür.
Koreya Respublikası 2027-ci ildə bakalavr pilləsində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün “Qlobal Koreya” — Global Korea Scholarship (GKS) proqramına müraciət qəbul edir.
Proqram xarici tələbələrə Koreyada ali təhsil almaq imkanı yaratmaq məqsədi daşıyır.
Namizədlər proqram üçün 30 sentyabr 2026-cı il tarixinədək müraciət edə bilərlər. Müraciətlər studyinkorea.go.kr platforması üzərindən onlayn formada həyata keçirilir.
İlkin seçim mərhələsini uğurla keçən namizədlər onlayn ərizə formalarının imzalanmış çap versiyasını, eləcə də tələb olunan təsdiqedici sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.
Proqramda iştirak şərtləri, tələb olunan sənədlər və müraciət proseduru ilə bağlı daha geniş məlumat rəsmi elan sənədində təqdim olunur.
Son müraciət tarixi: 30 sentyabr 2026
Təhsil pilləsi: Bakalavriat
Ölkə: Koreya Respublikası
Proqram: Global Korea Scholarship (GKS)