19 Sen 2026

Peerstack Academy proqramlaşdırma və Software Engineering sahəsində inkişaf etmək istəyənlər üçün yeni qeydiyyat mərhələsinə başlayıb. Proqram çərçivəsində Full-Stack, Front-End, Back-End proqramlaşdırma və Software Engineering istiqamətləri üzrə təhsil almaq mümkündür.
Tədris modeli klassik nəzəri dərslərdən fərqlənir. İştirakçılar real tapşırıqlar üzərində işləyir, komanda daxilində praktiki təcrübə qazanır və problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Təlim prosesində Amerikanın “Peer-to-Peer”yanaşmasından istifadə olunur.
İştirakçılar təhsil müddətində real layihələr hazırlamaqla öz portfoliolarını formalaşdıra, proqramlaşdırma bacarıqlarını praktik şəkildə inkişaf etdirə və İT sektorunda yeni peşəkar əlaqələr qura bilərlər.
Bundan əlavə, proqram karyeraya yeni başlayan şəxslər üçün networking və gələcək iş imkanlarına hazırlıq baxımından da faydalı ola bilər.
Proqramın əsas üstünlüklərindən biri təqaüd fürsətidir. Namizədlər imtahanda iştirak edərək nəticələrinə uyğun olaraq 100%-dək təqaüd qazana bilərlər.
İT sahəsində özünü inkişaf etdirmək, real layihələrlə işləmək və proqramlaşdırma üzrə praktiki təcrübə toplamaq istəyənlər qeydiyyatdan keçərək seçim prosesində iştirak edə bilərlər.
İstiqamətlər: Full-Stack, Front-End, Back-End, Software Engineering
Təqaüd: 100%-dək
Tədris formatı: Praktiki layihələr və Peer-to-Peer öyrənmə modeli