Azersun Holding-ə bağlı olan AL Market MMC komandaya Videoqraf axtarır.
Tələblər
- Ali təhsil;
- Videoqrafiya, video istehsalı və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- Agentlik təcrübəsi üstünlükdür;
- Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı;
- Əlavə montaj proqramlarını bilmək üstünlükdür;
- Video çəkilişi, montaj, işıqlandırma, səs yazısı, kadr kompozisiyası və süni intellekt alətlərindən istifadə üzrə peşəkar biliklər;
- Kreativ düşüncə və yüksək vizual zövq;
- Komandada işləmək bacarığı;
- Zərurət yarandıqda regionlara ezamiyyətə getmək imkanı.
Vəzifə öhdəlikləri
- Kampaniya, məhsul təqdimatı, mağaza aktivlikləri, tədbirlər, daxili kommunikasiya və employer branding layihələri üzrə video və foto çəkilişləri həyata keçirmək;
- Hazırlanmış materialları Reels, Story, TikTok, YouTube Shorts və digər rəqəmsal platformaların texniki tələblərinə uyğun montaj etmək;
- Məhsul təqdimatları, kampaniyalar, xüsusi təkliflər, mağaza yenilikləri, canlı yayımlar və digər video layihələrinin çəkiliş və post-prodakşn prosesini icra etmək;
- Çəkiliş zamanı rakurs, işıqlandırma, səs, kadr kompozisiyası və görüntü keyfiyyətinin yüksək standartlara uyğun olmasını təmin etmək;
- Video və foto materiallarda rəng korreksiyası, səs tənzimlənməsi, altyazılar, keçidlər, vizual effektlər və digər montaj işlərini peşəkar şəkildə həyata keçirmək;
- Məhsulların, mağaza mühitinin, əməkdaşların və korporativ brend elementlərinin vahid vizual standartlara uyğun təqdim olunmasını təmin etmək;
- Süni intellekt alətlərindən istifadə etməklə video ideyaları, ssenarilər, kadr planları və vizual konseptlərin hazırlanmasına dəstək vermək;
- Viral və trend kontent formatlarını araşdırmaq və tətbiq etmək;
- Hazırlanmış kontentin keyfiyyətinə nəzarət etmək;
- Materialları istifadəyə hazır formada aidiyyəti bölmələrə təqdim etmək və arxivləşdirilməsini təmin etmək;
- Çəkiliş avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına, düzgün istifadəsinə və texniki baxımına nəzarət etmək;
- Rəhbərliyin tapşırığına əsasən vəzifənin funksional istiqamətinə uyğun digər video və foto layihələrində iştirak etmək.
İş şərtləri
İş qrafiki: Həftə içi 5 gün
İş yeri: Bakı şəhəri, AL Market MMC-nin baş ofisi
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
Nahar: Şirkət tərəfindən təmin olunur
Nəqliyyat: Nəqliyyat dəstəyi mövcuddur
Müraciət qaydası
Tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
E-poçtun mövzu hissəsində “Videoqraf” qeyd olunmalıdır.