İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftə içi 5 gün
💰 Əmək haqqı sistemi
• Stabil maaş: 800 – 1000 AZN
• Əlavə gəlir potensialı: 1000 – 3500 AZN və daha çox
• Şəxsi satışlardan: 10% komissiya
• Team menecer olduqda: Komandanızın satışlarından əlavə 5% gəlir
ReevaCo haqqında
ReevaCo, Travel Baku brendi ilə fəaliyyət göstərən peşəkar turizm şirkətidir. Şirkətimiz aviabiletlər, tur paketləri, viza dəstəyi, otel rezervasiyası və transfer xidmətləri təqdim edir. Sosial mediada brendin aktiv inkişafı üçün enerjili, kreativ və kamera qarşısında sərbəst çıxış edə bilən turizm menecerləri axtarırıq.
🎯 Vəzifə öhdəlikləri
• Telefon və WhatsApp müraciətlərini 24 saat ərzində cavablandırmaq
• Təlim zamanı təqdim olunan və tez-tez verilən 50 əsas sualın cavablarını mənimsəmək
• Instagram, TikTok və digər platformalar üçün Reels və qısa video kontentlərin çəkilişində iştirak etmək
• Kamera qarşısında turizm xidmətlərini peşəkar şəkildə təqdim etmək
• Şirkətin onlayn imicinin formalaşdırılmasında aktiv rol almaq
✅ Tələblər
• Kamera qarşısında rahat və sərbəst çıxış bacarığı
• Səliqəli və baxımlı görünüş
• Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dili üstünlükdür — Avropa və Ərəb müştərilərlə ünsiyyət üçün)
• Kreativ düşüncə və məsuliyyətli yanaşma
• Komanda ilə işləmək bacarığı
🎓 Təhsil və yaş
• Təhsil: Arzuolunandır (əsas üstünlük bacarıqlara verilir)
• Yaş həddi: 22 – 40
🚀 ReevaCo (Travel Baku) nə təklif edir
• Stabil maaş və yüksək bonus sistemi
• Satış faizləri hesabına sürətli gəlir artımı imkanı
• Turizm sahəsində real layihələr üzərində praktiki təcrübə
• Team menecer səviyyəsinə yüksəlmək imkanı
• Gənc, dinamik və motivasiyaedici iş mühiti
📌 Əlavə qeyd:
Video kontentdə aktiv iştirak edən, kamera qarşısında rahat olan və satış yönümlü düşüncə tərzinə sahib namizədlərə üstünlük verilir.

Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Minimum 1500

Vakansiyalar
Minimum 600

Vakansiyalar
700 — 750

Vakansiyalar
Minimum 800

Vakansiyalar
Minimum 1500

Vakansiyalar
450 — 600

Vakansiyalar
Minimum 600

Vakansiyalar
Minimum 400