Ticari Marketinq Meneceri (Trade Marketing Manager)

Elanın vaxtı bitmişdir
780 baxış
📍Zeytun Pharmaceuticals



Tələblər:

  • Ali təhsil müvafiq sahədə;
  • Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi (FMCG və ya Pharma sektorunda təcrübəyə üstünlük verilir)
  • Sərbəst Azərbaycan, Rus və İngilis dili bilikləri;
  • Microsoft Excel (Pivot Table, Data Analysis, Report hazırlama)
  • Analitik düşüncə tərzi,hesabatlılıq səriştələri;
  • Bazar analizi bacarığı – satış datasının analizi, kampaniya effektivliyi və rəqib qiymət analizi
  • Dəqiqlik, operativlik, problem həlletmə bacarığı

Əsas öhdəliklər:

  • Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması; 
  • Ticari Marketinq fəaliyyətinin idarə edilməsi;
  • Satışın artırılması məqsədi ilə kampaniyaların hazırlanması və apteklər üçün xüsusi aksiyaların təşkil olunması;
  • Bazarın və rəqiblərin tədqiqatı , bazarın iqtisadi durumunun qiymətləndirilməsi;
  • Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi;
  • Məhsul kateqoriyalarına uyğun fərqli ticari yanaşmaların tətbiqi;
  • Aptek şəbəkələrinin performans analizi, satışa təsir edən  regional fərqliliklərin müəyyənləşdirilməsi;
  • Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə idxal, marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;
  • Görülən işlərlə bağlı  həftəlik, aylıq hesabatlar hazırlanması və rəhbərinə təqdim edilməsi.

İş şəraiti:

  • İş yeri – Begoc Biznes Mərkəzi;
  • 5 günlük iş qrafiki;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Rəqabətqabiliyyətli əmək haqqı 2000-3000 AZN

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Marketinq
Son müraciət tarixi:2026-04-11
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:13/03/2026
2000 — 3000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör