Tibb bacısı (qardaşı)

Elanın vaxtı bitmişdir
1957 baxış

📍“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-Yevlax Regional Xəstəxanası (AXM) / Ambulator şöbə /

Şöbə: Ambulator şöbə

Vəzifə: Tibb bacısı (qardaşı)

 

Vəzifə öhdəlikləri :

  • Bu vəzifə təlimatı tibb bacısının vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.
  • Tibb bacısı vəzifəsinə, iş stajına tələb qoyulmadan, “feldşer”, “tibb bacısı” və ya “mama” ixtisası üzrə orta tibb təhsili olan şəxs təyin edilir.
  • Tibb bacısı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisəsininrəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
  • Tibb bacısı bilavasitə öz struktur bölməsinin rəhbərinə olmaqla, müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
  • Tibb bacısı aşağıdakıları bilməlidir:
  • Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını; Səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; Tibb bacısı işinin nəzəri əsaslarını; Müalicə-diaqnostika prosesinin, xəstəliklərin profilaktikasının, sağlam həyat tərzinin təbliğinin əsaslarını; tibbi alət və avadanlıqların istismarı qaydalarını; sağlam əhalinin vəziyyətini və tibb müəssisəsinin fəaliyyətini xarakterizə edən statistik göstəriciləri; tibb müəssisəsinin tullantılarının toplanılması, saxlanılması və məhv edilməsi qaydalarını; tibbi sığortanın fəaliyyətinin və könüllü tibbi sığortanın əsaslarını; dietologiyanın əsaslarını; dispanserləşdirmənin əsaslarını; xəstəliklərin sosial əhəmiyyətini; fəlakətlərdə tibbi xidmətin əsaslarını; struktur bölməsinin tibbi qeydiyyat-hesabat sənədlərinin aparılması qaydalarını; tibbi sənədlərin əsas növlərini; tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasını; əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını,
  • əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
  • Tibb bacısı həkiməqədər tibbi yardımı göstərir.
  • Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata
  • keçirir.
  • Tibb müəssisədə və evdə xəstələrə qulluğu həyata keçirir.
  • Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin
  • sterilizasiyasını həyata keçirir.
  • Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik edir.
  • Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparır.
  • Həkim təyinatının yerinə yetirilməsinin təmin edir.
  • Dərman vasitələrinin və etil spirtinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirir.
  • Xidmət göstərilən əhalinin fərdi qeydiyyatını, sağlamlıq vəziyyəti barədə məlumatların informasiya (kompüter) bazasını aparır.
  • Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik edir.
  • Tibbi sənədləşdirməni aparır. 
  • Xəstələr və onların qohumları arasında sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği üzrə sanitar- maarifləndirmə işini aparır.
  • Tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirir.
  • Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirir.
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kurslarında iştirak edir.
  • Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

 

Əmək haqqı: 

 Əmək haqqı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan işçilərin əməyin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir.

Müsahinə keçiriləcək ünvan:

Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 120

Başlama tarixi: 26.12.2025|

Bitmə tarixi: 15.01.2026

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Tibb və Əczaçılıq
Son müraciət tarixi:2026-02-15
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:12/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör