Tabeliyində olan texniki komandanın gündəlik iş qrafikini təşkil etmək;
Komanda üzvlərinin obyektlər üzrə gündəlik səfərlərini təmin etmək;
Layihənin layihə-smeta sənədlərinə və ölkədə qüvvədə olan norma və standartlara texniki cəhətdən uyğun icrasını təmin etmək;
Layihənin icra planının razılaşdırılmış qrafikə uyğun həyata keçirilməsinə nəzarət etmək, gecikmələrin qarşısını almaq üçün tədbirlər görmək;
Təhvil-təslim zamanı tikilinin istismara qəbulu aktının və digər sənədlər toplusunun mövcudluğunu yoxlamaq, çatışmazlıqların aradan qaldırılmasını təşkil etmək;
Layihənin razılaşdırılmış müddətdə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə icrasına nəzarəti təşkil etmək;
Layihənin idarə olunması və monitorinqi ilə bağlı işləri təşkil etmək;
Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin İdarəedilməsi siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
Layihə üzrə dəyişikliklərin kompleks idarə olunması və nəzarətini təmin etmək;
Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqini həyata keçirmək;
Baş podrat təşkilatları ilə həftəlik görüşlər keçirmək, mövcud çətinlikləri aradan qaldırmaq və plan-qrafikə uyğunluğa nəzarət etmək;
Baş podratçı ilə sifarişçi arasında əlaqələrin koordinasiyasını təmin etmək;
Tikintiyə icazə almaq məqsədilə rəsmi qurumların nümayəndələri ilə qarşılıqlı əlaqə qurmaq;
Quraşdırılmış kommunal şəbəkələrin keyfiyyətini və sənədləşməsini yoxlamaq;
Transformator yarımstansiyası, generator birləşməsi və elektrik kabellərinin düzgün yığılması, həmçinin paneldə sığorta açarlarının quraşdırılması məqsədilə elektrik laboratoriyasının cəlb olunmasını təmin etmək;
Suqəbuledici qurğunun və nasos stansiyasının işə salınması və istismara verilməsini təşkil etmək;
Yanğın siqnalizasiya sistemi, sulu söndürmə sistemləri və tüstü sovurma sistemlərinin yoxlanılmasını və FHN-in Yanğından Mühafizə orqanlarına təhvil verilməsini təmin etmək;
Tamamlama işlərinin keyfiyyətinin normativ tələblərə və dizayn layihəsinə uyğunluğuna dair sənədləşməni yoxlamaq;
Ekspert qiymətləndirməsinin nəticələrinə əsasən aktların və sınaq hesabatlarının tərtibini təmin etmək;
FHN və digər dövlət qurumlarının müfəttişləri tərəfindən obyektin istismara qəbul prosesi zamanı iştirak etmək;
Tələb olunduğu halda istismarda olan layihələrdə ilkin texniki müayinə aparmaq və rəhbərliyə hesabat hazırlayıb təqdim etmək;
Vəzifə və funksiyalara uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
Tabeliyində olan insan və texniki resursları səmərəli şəkildə idarə etmək.
Mühəndislik ixtisasları üzrə ali təhsil;
Yaşayış binaları, otellər, iş mərkəzləri və digər obyektlərdə tikinti və texniki baxım sahəsində azı 10 iliş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə;
Kompüter bacarıqları: MS Office proqramları, AutoCAD;
Tikinti normaları və layihələrin idarəedilməsi sahəsində nəzəri və praktiki biliklər;
Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqları.


Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Avromed
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Minimum 600

Vakansiyalar
Maaş müzakirəyə əsasən