Strateji Sektorlar üzrə İnnovasiya Şöbəsinin Müdiri

Elanın vaxtı bitmişdir
490 baxış

Təsvir

İnnovasiya Strategiyası və Sektorlar üzrə Koordinasiya: 

  • Strateji Korporativ İnnovasiya siyasətlərinin hazırlanması və tətbiqi
  • Nəqliyyat, kənd təsərrüfatı, enerji, sənaye, texnologiyalar və digər əsas sahələrdə texnoloji və innovativ yanaşmaların təşviqi
  • Dövlət-özəl tərəfdaşlığı (DÖSƏ) əsasında birgə layihələrin həyata keçirilməsi və koordinasiyası
  • Prioritet texnologiyaların və trendlərin müəyyən edilməsi, texnoloji yol xəritələrinin hazırlanması
  • Normativ-hüquqi təşəbbüslər və innovasiya üçün maliyyələşmə mexanizmlərinin təşkili
  • İxtisaslaşmış texnoparklar, klasterlər və innovasiya mərkəzləri ilə koordinasiya və məhsul kommersiyalaşdırılması fəaliyyətləri üzrə təşviq edici layihələr
  • Qlobal və yerli partnyorlarla əlaqələrin yaradılması, innovasiya diplomatiyasının təşviqi.

Tələblər

Əsas vəzifələr:

  • Şöbənin fəaliyyətini əsasnaməyə uyğun təşkil etmək və daimi nəzarətdə saxlamaq
  • Şöbənin ümumi fəaliyyətinin strateji planlaşdırılması və idarə edilməsi
  • Alt-sektorlar üzrə iş bölgüsünün və hədəf nəticələrinin müəyyənləşdirilməsi
  • Şöbə əməkdaşlarının fəaliyyətlərinin koordinasiyası, performanslarının izlənməsi və inkişaf etdirilməsi
  • Layihələrin vaxtında, keyfiyyətli və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin etmək
  • Hesabatlılıq sisteminin qurulması və rəhbərliyə innovasiya fəaliyyəti ilə bağlı analitik hesabatların təqdim olunması
  • Strateji sektorlarla bağlı innovasiya siyasətinin həyata keçirilməsinə dair təhlilin aparılması, icrasına nəzarət olunması və qabaqlayıcı tədbirlərin hazırlanması
  • Strateji sektorlar üzrə dövlət və özəl qurumlarda innovativ mədəniyyətin formalaşdırılmasına yönəlmiş tədbirlərin təşkili
  • Yerli və beynəlxalq maraqlı tərəflərlə əlaqələrin gücləndirilməsi və innovativ əməkdaşlıq imkanlarının təşviqi.

Komanda idarəetmə bacarıqları:

  • Komandanın məqsəd və vəzifələrə uyğun şəkildə təşkili və motivasiyası
  • Əməkdaşlar arasında effektiv kommunikasiya mühitinin qurulması
  • Fərqli peşə və ixtisas sahiblərindən ibarət komandaları idarə etmək və birgə nəticəyə yönəltmək bacarığı
  • Dəyişən prioritetlərə çevik uyğunlaşma və operativ qərarvermə qabiliyyəti
  • İxtilafların idarə olunması və əməkdaşlar arasında ahəngdar iş mühitinin qorunması
  • Performansa əsaslanan idarəetmə yanaşması və inkişaf planlarının qurulması
  • Komanda üzvlərinə dəstək verərək onların potensialını maksimuma çatdırmaq bacarığı
  • Liderlik və mentorluq keyfiyyətləri ilə şöbə daxilində davamlı öyrənmə və inkişaf mühitinin təşviqi.

Ümumi tələblər:

  • İqtisadiyyat, innovasiya idarəçiliyi, biznesin idarə olunması, və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
  • Strateji innovasiya fəaliyyətlərinin, xüsusilə innovasiya proqramlarının və layihələrin idarə olunması sahəsində sübut olunmuş minimum 1 illik təcrübə, ümumilikdə ən azı 3 il rəhbər (taktiki və ya strateji) vəzifədə iş stajı (bəhs edilən sahədə olmaya bilər)
  • Müxtəlif maraqlı tərəflərlə effektiv kommunikasiya və koordinasiya bacarıqları, o cümlədən dövlət qurumları və özəl sektorla işləmə təcrübəsi
  • Komanda rəhbərliyi, performansın idarə olunması və fasilitasiya üzrə peşəkarlıq
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və qərarvermə bacarıqları
  • Strateji düşüncə və problemləri analitik şəkildə həll etmə qabiliyyəti
  • Innovasiyaların İdarə Edilməsi üzrə beynəlxalq sertifikatlar üstünlük hesab olunur
  • Təzyiq altında işləmək və eyni vaxtda bir neçə layihəni paralel şəkildə effektiv idarə etmək bacarığı
  • Detallara diqqət yetirməklə yanaşı böyük mənzərəni (strateji hədəfləri) görmək bacarığı
  • İngilis və Azərbaycan dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
  • Kompüter biliyi: Microsoft Office proqramları (Outlook, Teams, PPT, Excel və s.).
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-07-28
Vəzifə dərəcəsi:Şöbə müdiri
Elan paylaşılıb:19/06/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör