Stomatoloq/Cərrah

Elanın vaxtı bitmişdir
799 baxış

📍 Swissdent" Stomatologiya Mərkəzi

İş barədə məlumat

Swissdent klinikası olaraq karyerasında inkişaf etmək istəyən, sosial məsuliyyətli və yüksək motivasiyaya sahib həkimləri komandamıza dəvət edirik. Klinikamız hazırda genişlənmə mərhələsindədir və peşəkar mütəxəssislərlə əməkdaşlıq etməyə maraqlıdır.

Klinika tərəfindən təmin olunur:

  • Lazım olan bütün material və avadanlıqlar

  • Koordinator xidməti

  • Tibb bacısı dəstəyi

  • Davamlı artan pasiyent bazası

  • Rəqabətə davamlı sabit əmək haqqı və əlavə faiz sistemi

  • Rəsmi və stabil iş yeri

  • Peşəkar və korporativ iş mühiti

Vəzifə öhdəlikləri

  • Klinikaya müraciət edən pasiyentlərin müayinəsinin aparılması

  • Müalicə planının hazırlanması

  • Protokollara uyğun cərrahi müdaxilələrin həyata keçirilməsi

  • Müayinə və müalicə nəticələrinin ERP sistemində qeydiyyatı

Namizədə tələblər

  • Təhsil: Ali tibbi təhsil

  • İş təcrübəsi: Minimum 3 il cərrah kimi təcrübə

  • Üz-çənə cərrahiyyəsi üzrə fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə

  • İxtisas üzrə əlavə sertifikatların olması üstünlükdür

  • Dil bilikləri: Azərbaycan dili (mütləq), Rus və İngilis dili arzuolunandır

  • Peşəkar etik davranış və ünsiyyət bacarıqları

  • Komandada işləmək bacarığı və müştəri yönümlülük

  • Punktual, məsuliyyətli və insanpərvər olmaq

Müraciət qaydası

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Cərrah” qeyd etməklə CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər.

E-mail: [email protected]

Qeyd: Diplomu təsdiqlənməmiş, müvafiq sertifikasiya proqramından keçməmiş və ya sertifikatının etibarlılıq müddəti bitmiş namizədlərin müraciət etməmələri xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı, Sumqayıt
İş kateqoriyası:Tibb və Əczaçılıq
Son müraciət tarixi:2026-04-14
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:16/03/2026
4000 — 10000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör