Amina and S-Group SƏTƏM vakansiyasını elan edir.
Vəzifə və öhdəliklər:
- Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
- Təlim ehtiyaclarının müəyyən olunması və illik təlim planının hazırlanması.
- SƏTƏMM üzrə nəzəri və praktiki təlimlərin təşkili və keçirilməsi.
- Təlim materiallarının (prezentasiya, video, test, praktiki məşğələ) hazırlanması və yenilənməsi.
- Layihə və Sifarişçi tələblərinə uyğun olaraq xüsusi təlimlərin keçirilməsi (Permit to Work, LOTO, Confined Space, Hot Work, Manual Handling və s.).
- Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi və nəticələrin sənədləşdirilməsi.
- Təlim qeydlərinin, sertifikatların və iştirakçı reyestrlərinin idarə edilməsi.
- Yerli qanunvericilik, beynəlxalq standartlar (NEBOSH, OSHA, ISO 45001, ISO 14001) və şirkət siyasətlərinə uyğunluğun təmin olunması.
- Təlimlərin effektivliyini ölçmək üçün geri bildirimlərin və performans göstəricilərinin izlənilməsi.
- İşçilərdə təhlükəsizlik mədəniyyətinin və risklərin dərk edilməsinin artırılması.
- İllik təlim planının 100% icrası.
- Təlimlərin vaxtında və planlaşdırıldığı kimi keçirilməsi.
- Təlim sonrası qiymətləndirmədə iştirakçıların minimum 80% uğurlu nəticə əldə etməsi.
- Təlimlərin effektivliyi barədə iştirakçıların 90% müsbət rəy verməsi.
- Təlim sənədlərinin və sertifikat reyestrinin tam və dəqiq aparılması.
- SƏTƏMM rəhbəri ilə birlikdə aylıq/illik hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Minimum 3-5 il SƏTƏMM təlim və ya SƏTƏMM sahəsində iş təcrübəsi (neft-qaz və tikinti layihələrində).
- Təlimçi/İnstruktor qismində təcrübə.
- Beynəlxalq şirkətlər və böyük layihələrdə işləmə təcrübəsi üstünlükdür.
- Yaş həddi: 25-45;
- MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
- Train the Trainee Certificate (TTC) – məcburi.
- OSHA Training (Construction / General Industry – 30 saat) – məcburi.
- ISO 45001:2018 – arzuolunan.
- ISO 14001:2015 – arzuolunan.
- First Aid & CPR Instructor Certificate – üstünlük.
- Fire Safety Instructor Certificate – üstünlük.
- Permit to Work & Confined Space Entry Trainer Certificate – üstünlük.
İş şəraiti:
- Full-time (Layihə şərtlərinə uyğun).
- Əmək Haqqı: 1500-2000 AZN (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək)
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏMM təlimçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.