SƏTƏM üzrə mütəxəssis (İmişli İFT)

Elanın vaxtı bitmişdir
583 baxış

Təsvir

  • Yeni işçilərin ilkin SƏTƏM təlimatlandırılmasını təşkil etmək və sənədləşdirmək;
  • Mövcud işçilər üçün müntəzəm yenidən təlimatlandırma və maarifləndirmə proseslərini həyata keçirmək;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
  • SƏTƏM üzrə sənədləşdirmə və hesabat işlərini dəqiq və vaxtında aparmaq;
  • Risklərin qiymətləndirilməsini həyata keçirmək, nəticələrini sənədləşdirmək və qarşısının alınması tədbirlərini təklif etmək;
  • SƏTƏM üzrə uyğunsuzluq və qüsurları aşkar etmək, aradan qaldırılması üçün müvafiq tapşırıqlar vermək və icrasına nəzarət etmək;
  • İş sahəsinə daxil olanlara giriş və təhlükəsizlik təlimatları keçmək;
  • İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı məsləhət və dəstək göstərmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması proseslərində iştirak etmək;
  • Müəyyən olunmuş qaydalara əsasən aylıq və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Aidiyyəti dövlət qurumlarının keçirdiyi yoxlamalarda iştirak etmək və tələb olunan sənədləri təqdim etmək.

Tələblər

  • Ali təhsil (mühəndislik, texniki və ya SƏTƏM istiqamətində olması arzuolunandır);
  • Azərbaycan dilində səlis yazı və şifahi ünsiyyət bacarığı;
  • SƏTƏM sahəsində minimum 1 il iş təcrübəsi;
  • FHN tərəfindən verilmiş “Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları” üzrə sertifikatın olması (əlavə SƏTƏM sertifikatlarına üstünlük verilir);
  • MS Office proqramları (xüsusilə Word, Excel, PowerPoint) ilə işləmək bacarığı;
  • Yüksək məsuliyyət, dəqiqlik və analitik düşünmə bacarığı;
  • Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:İmişli
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-01-04
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:05/12/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör