SƏTƏM üzrə mütəxəssis

24 baxış

Təsvir

İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;

İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.

Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək.

Şöbə müdirinin,dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi,nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirmək.

İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.

Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;

Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;

İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;

Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün aparılmasına nəzarət etmək;

 İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;

İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək.İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;

Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.

Tələblər

Təhsil səviyyəsi: Ali

İş təcrübəsi: müvafiq sahə üzrə 1 il iş təcrübəsi

Avtomobil (Mütləq) (Yanacaq xərcləri qarşılanır)

Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər

Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır

Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları

İmtiyazlar

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • korporativ nömrə ilə təmin olunur
  • Yanacaq və Amortizasiya xərcləri
OBA Market
OBA Market

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Gəncə
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-07-06
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:6/1/2025

Dostunla paylaş:

Oxşar elanlar

Bütün 1055 vakansiyanı gör