SƏTƏM üzrə baş mütəxəssis

Elanın vaxtı bitmişdir
526 baxış

Təsvir

İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil olunması;

Şöbə rəhbərinin tapşırıqlarının vaxtında həyata keçirilməsi və nəzarəti.

İş şəraiti nəzərə alınmaqla qiymətləndirilən müvafiq risklərin səviyyəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi.

İstehsal proseslərində avadanlıq və qurğuların təhlükəsiz istismarına nəzarət etmək.

Zavod ərazisində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə problemləri aşkarlamaq və şöbə rəhbərinə bildirmək.

Zavodun işçi heyətinin sağlamlığının qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, həmçinin, ətraf mühitin mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyinin və zavodda tətbiq olunan beynəlxalq standartların, Zavoddaxili aidiyyəti normativ sənədlərin tələblərinə əməl edilməsinə nəzarət etmək

Şöbənin fəaliyyət istiqamətləri üzrə aşkara çıxarılmış aidiyyəti çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında iştirak etmək, bu barədə aidiyyəti üzrə SƏTƏM şöbə rəhbərini məlumatlandırmaq.

Zavodun istehsalat sahələrində ətraf mühitə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə işlərin təşkili və nəticələrin şöbə rəhbərinə çatdırılmasını təmin etmək.

Səlahiyyətləri çərçivəsində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələrinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək

Fövqəladə hallara hazırlıq təlimləri, məşqləri keçirilməsində və fəaliyyət planı ilə birlikdə fövqəladə hallara hazırlıq məşqlərində iştirak etmək.

Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək

Əməyin mühafizəsi üzrə sahələrdə gündəlik qiymətləndirmələr aparmaq.

Cavabdeh olduğu ərazidə işlərin təhlükəsiz görülməsinə və digər SƏTƏM mütəxəssilərinə nəzarət etmək.

Vaxtaşırı SƏTƏM şöbə rəhbəri ilə toplantılarda iştirak etmək zavodda olan problemlərin aradan qaldırılması üçün tədbirləri müzakirə etmək.

SƏTƏM üzrə həftəlik və aylıq hesabatların hazırlanıb şöbə rəhbərinə göndərilməsinin təşkil edilməsi və aşkarlanmış uyğunsuzluqlarla bağlı qiymətləndirmələrin aparılması.

 

Tələblər

Təhsil pilləsi (minimum)

Bakalavr

 

Təhsil ixtisası

(Sağlamlıq və Təhlükəsizlik, Kimya, Mexanika və ya Sənaye Mühəndisliyi, Fövqəladə hallar üzrə üstünlük verilir) 

 

İş təcrübəsi (minimum)

SƏTƏM sahəsi üzrə 7 il

(istehsalat təcrübəsinin olması arzu olunandır)

 

Dil bilikləri

Azərbaycan dili, (Rus dili arzuolunandır)

 

Kompüter bilikləri

Peşəkar səviyyədə Microsoft office proqramları, Word, Exel, Power point.

 

Digər zəruri tələblər

SƏTƏM üzrə sənəd formalarını hazırlama bacarığı

Yüksək psixoloji dayanıqlılıq

İşçi heyətini anlama və onlarla davranış bacarığı

Analitik düşünmə qabiliyyəti

Detallara diqqət


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Şirvan
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-05-31
Vəzifə dərəcəsi:Baş mütəxəssis
Elan paylaşılıb:18/05/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör