SƏTƏM mütəxəssisi

Elanın vaxtı bitmişdir
2591 baxış

📍SR Logistics and Transport LLC


 

İş barədə məlumat

SR Logistics and Transport MMC “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir

 

Elanın təsviri

Elan tarixi: 30.01.2026

Son tarix: 16.02.2026

Şirkət: SR Logistics and Transport

Ərazi: Bakı (Qaradağ – Qalmaz)

Maaş: Müsahibə əsasında

Staj: 3 il

Təhsil: Ali təhsil (bakalavr)

İş rejimi: Tam iş günü (6 gün)

Müqavilə: Əmək müqaviləsi

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.


Öhdəliklər

Logistika və nəqliyyat əməliyyatlarının SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına və mövcud qanunvericiliyə uyğunluğunun təmin edilməsi

Şirkət üzrə SƏTƏM siyasət və prosedurlarının hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi

İstifadə olunan avadanlıqların, texniki vasitələrin və nəqliyyat vasitələrinin təhlükəsizlik normalarına uyğunluğuna nəzarət

Əməyin təhlükəsizliyi və ətraf mühit üzrə ilkin, dövri və planlı təlimlərin təşkili və keçirilməsi, təlim proqramlarının hazırlanması

İş proseslərində mövcud olan təhlükə və risklərin müəyyən edilməsi, risk qiymətləndirilməsinin aparılması və qabaqlayıcı tədbirlərin planlaşdırılması

İşçilərin SƏTƏM qaydalarına riayət etməsinin monitorinqi, uyğunsuzluqların qeydiyyatı və aradan qaldırılması üçün tədbirlərin görülməsi

Xüsusi geyim və fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət, onların istifadəyə yararlılığının təmin edilməsi

SƏTƏM üzrə daxili auditlərin aparılması, nəticələrin sənədləşdirilməsi və təhlili

Təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitlə bağlı hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi

Bölmə rəhbərləri ilə birgə bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması və icrasına nəzarət

Şirkətə daxil olan qonaq və müştərilərin təhlükəsizlik qaydaları üzrə məlumatlandırılması və təlimatlandırılması.


Tələblər

Yaş: 23 — 45 yaş

Ali təhsil (Texniki sahə üzrə)

Sahə üzrə minimum 3 illik iş təcrübəsi (Logistika)

Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı)

ISO standartlarının əsas prinsiplərini bilməlidir

SƏTƏM-ə aid yerli qanunvericiliyin tələblərini bilməlidir

Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları

Müxtəlif düşüncə və dünya görüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı

Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı

Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-02-28
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:31/01/2026
1500 — 2500

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör