📍AzStudy
Zəhmət olmasa repost edin və bu vəzifə üçün uyğun namizəd tanıyırsınızsa, onunla paylaşın.
⚠️ DİQQƏT: Bu vakansiya YALNIZ Senior səviyyəli namizədlər üçündür. Hazırda çoxlu sayda Junior və Middle vakansiyalardan fərqli olaraq, bu rol yalnız təcrübəli mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Junior və Middle səviyyəli müraciətlər bu mərhələdə nəzərə alınmayacaq.
Biz müasir veb tətbiqlərinin həm Frontend, həm də Backend hissələrini başdan-başa layihələndirə, hazırlaya və dəstəkləyə biləcək təcrübəli Senior Full Stack Developer axtarırıq.
📋 VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• Müasir web tətbiqlərin Frontend və Backend hissələrinin layihələndirilməsi, hazırlanması və dəstəklənməsi
• Texniki tələblərin biznes tələblərinə uyğun şəkildə analiz edilməsi və optimal texniki həllərin təklif olunması
• RESTful API-lərin hazırlanması və üçüncü tərəf servislərlə inteqrasiyası
• Mövcud sistemlərin optimallaşdırılması, refaktorinqi və performansın artırılması
• Məlumat bazalarının dizaynı, optimizasiyası və təhlükəsizliyinin təmin edilməsi
• Kod keyfiyyətinin təmin edilməsi üçün kod review proseslərində aktiv iştirak
• Texniki sənədləşmənin hazırlanması
• Junior və Middle səviyyəli developer-lərə texniki dəstək göstərilməsi
• Layihələrin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi
• Təhlükəsizlik standartlarına (OWASP və s.) uyğun proqram təminatının hazırlanması
✅ NАMİZƏDƏ TƏLƏBLƏR
• Full Stack Developer və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
• HTML5, CSS3, JavaScript (ES6+) üzrə dərin biliklər
• Frontend framework-lərindən biri üzrə yüksək səviyyədə bilik: React (Next.js)
• Backend texnologiyalarından biri üzrə praktiki təcrübə: Node.js (Express/NestJS) və ya PHP (Laravel)
• RESTful API-lərin hazırlanması və istifadəsi üzrə təcrübə
• SQL (PostgreSQL, MySQL) və NoSQL (MongoDB və s.) bazaları ilə işləmə bacarığı
• Git versiya nəzarət sistemləri ilə işləmə təcrübəsi
• MVC və digər proqram arxitekturası prinsipləri haqqında bilik
• OOP və Design Pattern-lər haqqında anlayış
• Yüksək səviyyədə problem həll etmə və analitik düşünmə bacarığı
• Komanda ilə işləmək və texniki qərarları əsaslandırmaq bacarığı
• İngilis dili – texniki dokumentasiyanı oxuma səviyyəsində
⭐ ÜSTÜNLÜKDÜR
• Docker və CI/CD prosesləri ilə işləmə təcrübəsi
• Cloud platformaları (AWS, Azure, Google Cloud) üzrə biliklər
• Unit və Integration testlərin yazılması (PHPUnit və s.)
• Agile/Scrum metodologiyası ilə işləmə təcrübəsi
• Linux server mühiti ilə işləmə bacarığı
📩 MÜRACIƏT
Uyğun namizədlər CV-lərini "Senior Full Stack Developer" mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər.
Təcrübəli peşəkarların müraciətini səbirsizliklə gözləyirik!

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
1000 — 1500

Vakansiyalar
1000 — 1500

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Minimum 800