Satış və Müştəri Əlaqələri üzrə Təcrübə Proqramı satış sahəsində praktiki bilik və bacarıqlar qazanmaq, müştərilərlə ünsiyyət qurmağı öyrənmək və peşəkar inkişafını təmin etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar müştərilərlə əlaqə saxlamaq, xidmətlərin təqdimatı, satış prosesinin idarə olunması və gündəlik hesabatların hazırlanması üzrə təcrübə əldə edəcəklər. İşə başlamazdan əvvəl təlim və peşəkar dəstək göstəriləcək, uğurlu nəticələr əsasında isə gələcək karyera imkanları yaradıla bilər.
Vəzifə öhdəlikləri:
• Potensial müştərilərlə əlaqə saxlamaq;
• Müştəri zənglərini və whatsapp müraciətlərini cavablandırmaq;
• Müştərilərə xidmətlər haqqında məlumat vermək və uyğun xidmətləri təklif etmək;
• Müştərilərin suallarını cavablandırmaq və satış prosesində iştirak etmək;
• Gündəlik zəngləri, müraciətləri və satış nəticələrini qeyd etmək;
• Görülən işlər barədə gündəlik hesabat təqdim etmək.
Namizədə dair tələblər:
• Güclü ünsiyyət və təqdimat bacarığı;
• Səlis, aydın və düzgün nitq qabiliyyəti;
• Telefon vasitəsilə müştərilərlə sərbəst ünsiyyət qurmaq bacarığı;
• İnandırıcı danışıq və müştəri etirazları ilə işləmək bacarığı;
• Satış sahəsinə maraq və nəticəyönümlü yanaşma;
• Aktiv, təşəbbüskar və öyrənməyə həvəsli olmaq;
• Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
• Komandada işləmək bacarığı;
• Kompüter və ofis proqramlarından ilkin istifadə bacarığı.
• İş təcrübəsi tələb olunmur. Universitet tələbələri də müraciət edə bilərlər.
Biz nə təklif edirik?
• Satış və müştəri əlaqələri sahəsində praktiki təcrübə;
• İşə başlamazdan əvvəl təlim və peşəkar dəstək;
• Ünsiyyət, təqdimat və satış bacarıqlarını inkişaf etdirmək imkanı;
• Peşəkar iş mühiti;
• Fəaliyyət nəticələrinə uyğun inkişaf və karyera perspektivi.
İş yeri:Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 234
İş qrafiki: Tam ştat və yarımştat
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müraciət: CV-nizi [email protected] ünvanına vəya +994 70 333 00 55 nömrəsinə göndərə bilərsiniz.
E-poçtun mövzu hissəsi: Satış və Müştəri Əlaqələri üzrə Təcrübəçi
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Vakansiyalar
Minimum 2500
Vakansiyalar
Vakansiyalar
Minimum 800
Vakansiyalar
Vakansiyalar
Minimum 500
Sarwood
Sarwood
Minimum 600
Vakansiyalar
Vakansiyalar
650 — 1000
Work.az
Work.az
Minimum 150
Vakansiyalar
Vakansiyalar
Minimum 600
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən