Satış üzrə assistent (Şuşa)

Elanın vaxtı bitmişdir
1350 baxış

PAŞA Sığorta ASC namizədləri Satış üzrə assistent (Şuşa) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə şirkətin Şuşa nümayəndəliyində satış proseslərinin dəstəklənməsi, mövcud sığorta bazasının genişləndirilməsi və müştəri məmnuniyyətinin təmin olunmasında mühüm rol oynayır. Satış üzrə assistent komandada əməkdaşlıq edərək, məhsulların tanıdılması, partnyorlarla effektiv danışıqların aparılması və rəhbərliyin tapşırıqlarının icrası ilə şirkətin biznes məqsədlərinə töhfə verir.

Öhdəliklər

  • Mövcud sığorta bazasının artırılması və yeni müştərilərin cəlb edilməsi
  • Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi
  • Partnyorlarla danışıqların aparılması və əlaqələrin qurulması
  • Datalar əsasında hesabatların hazırlanması
  • Birbaşa tabe olduğu rəhbərin tapşırıqlarının yerinə yetirilməsi

Bilik və Bacarıqlar

  • Satış bacarığı və məhsul tanıtma qabiliyyəti
  • Öyrənməyə meyillilik və yeni biliklərə açıq olmaq
  • Komanda ilə işləmə bacarığı
  • Stresə davamlılıq və tez reaksiya göstərmək
  • Sığorta qanunvericiliyi üzrə biliklər
  • Ünsiyyət və öz fikirlərini aydın ifadə etmək bacarığı
  • Dəqiqlik və məsuliyyətlilik
  • Dil bilikləri: Azərbaycan

Təhsil və Təcrübə

  • Ali təhsil
  • Sığorta sahəsində təcrübə arzuolunandır
  • Müvafiq sertifikatlar arzuolunandır

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada işləmək imkanı
  • Fərdi və peşəkar inkişaf üçün təlim və öyrənmə imkanları
  • Şirkətin uğuruna töhfə vermək və dəyər yaratmaq fürsəti
  • Şəffaf və açıq korporativ mədəniyyət
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Qarabağ, Şuşa
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-05-10
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:29/04/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 358 vakansiyanı gör