Sifarişlə avtomobil idxalı və satışı sahəsində fəaliyyət göstərən şirkətimizə Satış Təmsilçisi axtarılır.Əsas vəzifə telefon vasitəsilə potensial və mövcud müştərilərlə əlaqə saxlamaq, onların avtomobil tələblərini müəyyənləşdirmək, uyğun avtomobillər barədə məlumat vermək və satış prosesini həyata keçirməkdir.
Öhdəliklər:
Potensial müştərilərə telefon vasitəsilə zəng etmək;
Müştərinin büdcəsini və avtomobilə olan tələblərini öyrənmək;
Uyğun avtomobil modelləri və komplektasiyaları barədə ətraflı məlumat vermək;
Sifarişlə avtomobil idxalı prosesi, qiymətlər və təhvil müddətləri haqqında müştəriləri məlumatlandırmaq;
Müştərilərin suallarını cavablandırmaq və yaranan etirazlarla işləmək;
Müştərilərlə mütəmadi əlaqə saxlamaq və satış bazasını idarə etmək;
Gündəlik zəng və satış nəticələri barədə hesabat təqdim etmək;
Yeni müştərilər cəlb etmək və mövcud müştəri bazası ilə işləmək;
Şirkətin təqdim etdiyi avtomobil modelləri haqqında məlumatları daim yeniləmək.
Tələblər:
Kompüter və əsas ofis proqramlarından istifadə bacarığı (Excell biliyi vacibdir);
Satış sahəsində iş təcrübəsi arzuolunandır;
Telefonla müştərilərlə düzgün və inamlı ünsiyyət qurmaq bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
Rus dili biliyi üstünlükdür;
Aktiv satış və müştəri ilə işləmə bacarığı;
İnandırma və təqdimat bacarığı;
Etirazlarla işləmə və satışa yönləndirmə bacarığı;
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
Avtomobillərə marağın olması üstünlükdür.
Şərtlər:
Əmək haqqı: maaş + satışdan bonus/faiz sistemi;
Müştəri bazası və satış üçün lazımi məlumatlar şirkət tərəfindən təqdim olunur;
Avtomobillər və onların texniki xüsusiyyətləri barədə təlim verilir;
Karyera və gəlir artımı imkanı;
Peşəkar və dinamik iş mühiti.
Kimləri axtarırıq?
Telefonla danışmağı sevən, müştəri ilə rahat ünsiyyət qura bilən, satış etməyi və yüksək gəlir əldə etməyi hədəfləyən namizədləri komandamıza dəvət edirik.Qeyd: Avtomobil satışı üzrə təcrübəsi olmayan, lakin satış bacarığı və öyrənmək istəyi olan namizədlər də müraciət edə bilərlər.
Carlink - Rəsmi İdxalçı / Etibarlı Yolun Başlanğıcı
Əlaqə: +99455 384 22 62
Email: [email protected]
Rəsmi sayt: www.carlink.co
Carlink ilə Çin, Amerika və dünyanın istənilən yerindən avtomobil sifarişi.
İş elanlarını ilk sən gör!
Ən son vakansiyalardan anında xəbərdar olmaq üçün Telegram kanalımıza qoşul.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
500 — 800
Vakansiyalar
Vakansiyalar
500 — 3000
Supertoys
Supertoys
500 — 700
Tofun MMC
Tofun MMC
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Minimum 500
Vakansiyalar
Vakansiyalar
Minimum 2500
Vakansiyalar
Vakansiyalar
Minimum 200