Satış rəhbəri

Elanın vaxtı bitmişdir
2727 baxış

Vəzifə: Satış rəhbəri
İş yeri: Bakı, 20 Yanvar metrosu yaxınlığı
İş rejimi: 09:00–18:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir

İşin təsviri

Qanun Nəşriyyatının satış fəaliyyətinin idarə olunması, satış hədəflərinin müəyyənləşdirilməsi və satış komandasının işinin effektiv şəkildə təşkil edilməsi.

Vəzifə öhdəlikləri

  • Satış şöbəsinin gündəlik fəaliyyətini təşkil və idarə etmək;
  • Satış hədəflərini müəyyənləşdirmək və nəticələrin icrasına nəzarət etmək;
  • Satış əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və iş bölgüsü aparmaq;
  • Satış göstəricilərini təhlil etmək, nəticələrə uyğun tədbirlər planı hazırlamaq;
  • Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsini və yeni müştərilərin cəlb olunmasını təmin etmək;
  • Kitab mağazaları, kitab şəbəkələri, korporativ müştərilər və digər satış kanalları ilə əməkdaşlığı inkişaf etdirmək;
  • Satış kanallarının effektivliyini artırmaq və yeni satış imkanlarını araşdırmaq;
  • Sifarişlərin, satışların və məhsul qalığının düzgün idarə olunmasına nəzarət etmək;
  • Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
  • Endirim, kampaniya və digər satış təşviqi tədbirlərinin hazırlanmasında və icrasında iştirak etmək;
  • Satış nəticələrinə əsasən əməkdaşların fəaliyyətini qiymətləndirmək və inkişaf istiqamətləri müəyyən etmək;
  • Anbar, maliyyə, marketinq və digər şöbələrlə koordinasiyalı işləmək;
  • Rəhbərliyə satış fəaliyyəti ilə bağlı mütəmadi hesabat və təkliflər təqdim etmək.

Tələblər

  • Satış və ya müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Satış komandasının idarə olunması üzrə təcrübə;
  • Liderlik və komanda idarəetmə bacarığı;
  • Analitik düşüncə və hesabatlarla işləmə bacarığı;
  • Danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
  • Satış strategiyalarının hazırlanması və icrası üzrə anlayış;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmə bacarığı;
  • 1C də işləməyi bacarmalıdır
  • Kitab satışı və rəhbərlik sahəsində minimum 1 il iş təcrübəsi
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü yanaşma;
  • Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı.

 

Müraciət üçün: CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Qanun Nəşriyyatı
Qanun Nəşriyyatı

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-09-30
Vəzifə dərəcəsi:Baş mütəxəssis
Elan paylaşılıb:19/09/2026
800 — 1200

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 300 vakansiyanı gör