Bu rolda ölkədə kiçik və orta biznesin inkişafına dəstək olan Birbankın KOS komandasında real layihələrə və proseslərə dəstək göstərəcəksən. Müştəri portfelinin analizi, biznes müraciətlərinin ilkin qiymətləndirilməsində komandaya köməklik olunması, bazar araşdırmalarının aparılması və departament daxili hesabatlılığın hazırlanmasında iştirak etmək sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
Təqdimat bacarığı;
Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
Müştəriyönümlü yanaşma;
Səlis Azərbaycan dili biliyi
Üstünlükdür:
Rus dili biliyi
KOS kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
Görülmüş işlər üzrə hesabatlar vermək.
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.
Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.
Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.
Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.
Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Qanun Nəşriyyatı
Qanun Nəşriyyatı
800 — 1200
Vakansiyalar
Vakansiyalar
Minimum 1000
O to go
O to go
550 — 800
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
"Capital Express MMC"
"Capital Express MMC"
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
3000 — 4000
Vakansiyalar
Vakansiyalar
1200 — 1400
"Global Supply Solution Azerbaijan" MMC
"Global Supply Solution Azerbaijan" MMC
1000 — 1000