Satınalma üzrə aparıcı mütəxəssis tələb olunur

129 baxış

İşəgötürən: AZELKO MMC
Əmək haqqı: Gross 1500 (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə mərhələsində əmək haqqı göstəriləndən yüksək müəyyən edilə bilər.)
Yaş:      25-50 yaş
 

Namizədə tələblər:
1.      Təhsil:  Ali təhsil
2.      Elektrik Avadanlıqları və Materiallarının Satınalması sahəsində azı 2 il iş təcrübəsi
3.      Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi, danışıqların aparılması , uzunmüddətli əməkdaşlıq qurulması və saxlanılması bacarığı
4.      Satınalma sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
5.      Satınalma sorğularının hazırlanması və analiz edilməsi;
6.      Satınalma müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunması (qiymət, ödəniş, çatdırılma və s.)
7.      Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
8.      Alınan və idxal olunan Avadanlıqları və Materiallarının logistika fəaliyyətlərini tənzimləmək, vaxtında və keyfiyyətə uyğun çatdırılmasının nəzarət edilməsi
9.      Zədələnmiş və ya yararsız malların müəyyən edilməsi, aktlaşdırılması və silinməsi prosesinin idarə edilməsi
10.  MS Office proqramları
11.  1C ERP sistemləri ilə işləmə bacarığı
12.  İngilis və rus dili
13.  Satınalma zəncirinin bütün aspektlərinə nəzarət edilməsi, hər hansı maneə və ya səmərəsizlik barədə rəhbərliyin dərhal məlumatlandırılması
14.  Rəhbərlik, Satınalma və loqistika şöbəsi üçün hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
15.  Qərar qəbul etmə meyilli və rəqəmlərlə işləmək bacarığı, detallara qarşı ciddi diqqət yetirməklə, eyni vaxtda çoxsaylı tapşırıqları idarə etmək bacarığı
16.  Sifarişlər və satınalma ilə bağlı problemlərin düzgün həllini təmin etmək üçün maliyyə, satış və texniki kimi daxili şöbələrlə koordinasiyalı fəaliyyət
17.  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
 

İş barədə məlumat:
1.      AZELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir.Müəssisəmiz alçaq və orta gərginlikli (36kV – a qədər) dəstləşdirilmiş (komplekt) paylayıcı qurğuların (KPY) istehsalı ilə məşğuldur.
2.      İş vaxtı 08:00-dan 17:30-dək
3.      Ünvan: Abşeron ray. Şamaxı şossesi 14km
4.      Nahar fasiləsi 12:30-dan 13:30-dək
5.      Nahar şirkət tərəfindən verilir
   Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etmələri xahiş olunur.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Abşeron rayonu
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-12-01
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:26/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 365 vakansiyanı gör