Satınalma üzrə koordinator

12 baxış

1. Şirkət haqqında

VİNAK MMC 2011-ci ildən fəaliyyət göstərərək qida və içki sənayesi üçün innovativ inqrediyentlər, fermentlər, mayalar, fermentasiya həlləri və müasir texnologiyalar təqdim edir. Şirkət beynəlxalq istehsalçılarla əməkdaşlıq edərək şərabçılıq, şirə, pivə və digər qida-içki istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrə məhsul təchizatı və peşəkar texniki dəstək göstərir.

2. Vəzifə haqqında

VİNAK MMC komandasına satınalma proseslərinin təşkili, təchizatçılarla əlaqələrin idarə edilməsi və məhsul sifarişlərinin koordinasiyasını həyata keçirəcək Satınalma üzrə koordinator axtarır.

3. Vəzifə öhdəlikləri

  • Yerli və xarici təchizatçıların araşdırılması və yeni təchizatçıların müəyyən edilməsi;
  • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət;
  • Təchizatçılarla danışıqların aparılması;
  • Məhsulların çatdırılma müddətlərinin izlənilməsi;
  • İdxal və logistika proseslərinin koordinasiyasında iştirak;
  • Satınalma sənədlərinin və hesabatların hazırlanması;
  • Anbar və satış şöbələri ilə koordinasiyanın təmin edilməsi.

4. Namizədə tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə);
  • Qida mühəndisliyi və şərabçılıq ixtisasları üzrə təhsil üstünlükdür;
  • Müvafiq sahədə 1–2 il iş təcrübəsi;
  • İngilis dili biliyi – B1+ səviyyəsi;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik və operativlik.

5. İş şəraiti

GöstəriciMəlumatİş yeriBakı şəhəriİş qrafiki5 günlük iş həftəsiİş saatları09:00–17:00İstirahət günləriŞənbə və bazarİş formasıƏyaniƏmək müqaviləsiRəsmiƏmək haqqı500 azn (başlanğıc)

6. Müraciət qaydası

Vakansiyaya müraciət etmək istəyən namizədlər CV-lərini aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər.

E-mail: [email protected]

E-mail mövzusu: Satınalma üzrə koordinator

Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vınak.llc
Vınak.llc

VINAK — Azərbaycanda şərabçılıq, şirə, spirtli içkilər, pivə və alkoqolsuz içkilər sənayesi üçün müasir texnoloji həllərin aparıcı təchizatçısıdır.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı, Əhməd Rəcəbli 169
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-12-15
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:23/11/2026
500

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 322 vakansiyanı gör