📍Kartaş LTD (Mr.Fix)
Vəzifələri:
- Təchizat şöbəsinin müdirinin göstərişləri və şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında xammal, zəruri əsas və köməkçi materiallarla, həmçinin avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirilməsi
- Əsas və alternativ tədarükçülərin müəyyənləşdirilməsi, mütəmadi vendordakı şirkətlərin qiymətləndirilməsi, bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
- Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, müqavilə əsasında köçürmə yolu ilə alınmasını təşkil etmək;
- Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək, nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
- İdxal və İxrac əməliyyatlarına nəzarət, təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması, Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması. Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların yoxlanılaraq təqdim edilməsi, Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək.
- Gömrükləmə üçün lazım olan sənədlərin yığılması və prosesi idarə etmək.
- Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planını hazırlamaq.
- Keyfiyyəti qoruyarkən çəkilən xərcləri idarə etmək, ümumi təchizat zəncirinin performansını yaxşılaşdırmaq və prosesdə hər hansı mümkün yenilikləri axtarmaq, təchizatçılarla yeni və mövcud əlaqələri inkişaf etdirmək.
Məsuliyyəti:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsinə məsuliyyət daşıyır.
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 5 ildən az olmayaraq iş təcrübəsi
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi (satınalmalar haqda qanun) haqda biliklər
- Mal-materialların alınması və mal göndərənlərlə satınalma müqavilələrinin bağlanması qayda və metodlarını bilməlidir
- Incoterms 2020
- MS Ofis proqramları
- Dil bilikləri – Azərbaycan dili, ingilis dili və rus dili (üstünlükdür)
İş şəraiti
- İş yeri - Sumqayıt Sənaye Parkı
- İş günləri və saat – Həftə içi 5 gün, 08:30-17:30
- Şirkət tərəfindən nahar, servis və özəl tibbi sığorta.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.