Rəsm müəllimi (dərnək) (frilans)

Elanın vaxtı bitmişdir
1944 baxış
📍XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi



Vəzifənin qısa təsviri:

  • Dərnək üzrə Rəsm müəllimi vəzifəsini icra edəcək şəxsin əsas vəzifə funksiyaları şagirdlərin yaş səviyyəsini və öyrənmə vəziyyətini nəzərə almaqla, tətbiq olunan kurikuluma əsasən dərsin məzmununu və öyrətmə yollarını planlaşdırmaq və buna uyğun olaraq dərsi tədris etmək; müvafiq qiymətləndirmə metodunu müəyyən edib tətbiq etmək və tətbiqin nəticələrini qiymətləndirmək; aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; gündəlik olaraq şagirdlərin inkişafı ilə bağlı müvafiq qeydlər aparmaq; şagirdlərin hərtərəfli inkişafına töhfə vermək; təhsil və təlim çərçivəsində planlaşdırılan digər fəaliyyətlərdə iştirak etmək; məktəbin ümumi prinsipləri və qaydaları çərçivəsində valideynlərlə ünsiyyət qurmaq; şagirdlərə yemək və müxtəlif fəaliyyətlər (tədbirlər, məşqlər, ekskursiyalar və s.) zamanı sinifdənkənar yerlərdə nəzarət etmək; şagirdlərin özünəqulluq fəaliyyətlərinin öyrədilməsində iştirak etmək; özünəqulluq ehtiyacları ilə bağlı zəruri köməklik (paltarların dəyişdirilməsi, tualetə aparılması və s.) göstərmək; şagirdlərin valideynlərdən təhvil alınması və təhvil verilməsinə köməklik etməkdir.

Vəzifə öhdəlikləri:

  • Şagirdlərin tədrisini Mərkəzin missiyası, dəyərləri və “Təhsil modeli”nə uyğun təşkil edir.
  • Tədris ilinin əvvəlində fənn üzrə illik və həftəlik planı hazırlayır, metodist müəllimə təqdim edir.
  • Dərs planlarını, qiymətləndirmə vasitələrini, resursları kurikulum və məktəb platformaları əsasında hazırlayır və tətbiq edir.
  • Şagirdlərin fərdi öyrənmə ehtiyaclarını nəzərə alaraq xüsusi dərs planları və əlavə dəstək planları qurur.
  • Tədris prosesində müxtəlif metod və resurslardan istifadə etməklə şagirdlərin mövzuları mənimsəməsini təmin edir.
  • Tədris ilinin əvvəlində diaqnostik qiymətləndirmə həyata keçirir, şagirdlərin məzmun standartlarını mənimsəmə səviyyəsini və öyrənmə ehtiyaclarınını müəyyənləşdirir və “Gündəlik dərs planı”nın strukturunu buna əsasən formalaşdırır.
  • Şagirdlərin motivasiyasını artırmaq, davranış qaydalarına əməl olunmasını təmin etmək və fərdi problemlərin həllinə dəstək göstərir.

Tələblər:

  • Rəsm müəllimliyi ixtisası üzrə bakalavr təhsilinin olması tələb edilir. Magistr dərəcəsi üstünlük hesab edilir.
  • Müasir elmi tədqiqatlara əsaslanan təlim prinsipləri, öyrənmə və qiymətləndirmə nəzəriyyələrini bilməli;
  • Şagird mərkəzli müasir pedaqoji yanaşmaları bilməli;
  • Effektiv təlim prosesinin təşkilini (effektiv təlim strategiyaları, sinfin effektiv idarəolunması, şagird davranışının idarəolunması ilə bağlı nəzəri-praktiki);
  • İngilis dili (B2) və Rus dili (B1) üzrə yazılı və şifahi dil biliklərini.

Bilik və bacarıqlar:

  • Ms Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
  • Uşaqlarla səmərəli ünsiyyət qurma, işləmə və oynama;
  • Müxtəlif öyrətmə strategiyalarından və yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə edə bilmə;
  • Effektiv dərs planlaşdırma.
  • İş təcrübəsi: Minimum of 1 years of work experience.
  • Təhsil - Bakalavr

İş şəraiti

  • İş qrafiki: saat hesabı olaraq həftədə 4 dəfə olmaqla (həftəlik 12 saat dərs yükü)
  • Vakansiya növü - Frilans

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Sərbəst
Ərazi:Bakı
İş kateqoriyası:Təhsil və elm
Son müraciət tarixi:2026-02-08
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:10/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör