Ödənişli 3 aylıq Təcrübə Proqramı: SMM və Satış istiqamətləri

348 baxış

📍VV-Group

Proqram qısamüddətli təcrübə deyil. Məqsədimiz namizədləri öz komandamız üçün yetişdirmək və uzunmüddətli əməkdaşlıq qurmaqdır.
 
📌 AÇIQ İSTİQAMƏTLƏR

1️⃣ SMM təcrübəçi (SMM Intern)

• Sosial şəbəkə hesablarının idarə olunması və kontent planının hazırlanması
• Post, Reels və story üçün mətn və vizual materialların hazırlanması
• Foto və video montaj işləri
• PR materiallarının, elan və təqdimat mətnlərinin yazılması
• Auditoriya analizi və nəticələrin izlənməsi
 
2️⃣ Satış üzrə təcrübəçi (Sales Intern)

• İki şirkətin məhsul və xidmətlərinin satışı
• Potensial müştərilərin araşdırılması və müştəri bazasının genişləndirilməsi
• Müştərilərlə ilkin əlaqənin qurulması: zənglər, yazışmalar və görüşlər
• Kommersiya təkliflərinin və təqdimatların hazırlanması
• Satış prosesinin və müştəri məlumatlarının CRM sistemində izlənməsi
• Satış nəticələrinə dair hesabatların hazırlanması
• Güclü ünsiyyət və inandırma bacarığı, rus dilini bilmək üstünlük sayılır
 
✅ BÜTÜN NAMİZƏDLƏR ÜÇÜN TƏLƏBLƏR

• İngilis dilini ən azı B2 səviyyədə bilmək, Rus dili arzuolunandır
• Süni intellekt alətləri ilə səmərəli işləmək bacarığı (mütləqdir)
• Yüksək araşdırma və analitik düşüncə bacarığı
• Layihəyə maraq və öz işini sevmək
• Məsuliyyət, öyrənməyə açıq və komanda ilə işləmə bacarığı
• Texniki biliklər (Canva, Figma, CRM sistemləri və s.) üstünlük sayılır
 
🎯 TƏKLİF OLUNAN ŞƏRTLƏR

• Müddət: 3 aylıq təcrübə proqramı
• Sınaq müddəti: ilk 2 həftə (ödənişsiz)
• Təcrübədən sonra: uğurlu namizədlər üçün rəsmi işə qəbul imkanı
• İş qrafiki: həftədə 5 gün tam iş günü, 6-cı gün yarımgün
• Ünvan: Ağ Şəhər, 2-ci Yaşıl Ada
• Real layihələrdə təcrübə və müxtəlif istiqamətlərdə inkişaf imkanı
 
📩 MÜRACİƏT
CV-nizi müraciət etdiyiniz istiqaməti qeyd etməklə e-mail [email protected] ünvanına göndərin. Mövzu hissəsində vakansiyanın adını yazmağı unutmayın.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:Marketinq
Son müraciət tarixi:2026-12-26
Vəzifə dərəcəsi:Təcrübəçi
Elan paylaşılıb:26/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 348 vakansiyanı gör