PR və SMM

89 baxış

PR və SMM Meneceri

Şirkət: Park Cinema
Vəzifə: PR və SMM Meneceri
Əməkhaqqı: 1 500 AZN (NET)

Vəzifə öhdəlikləri

PR istiqaməti:

  • Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Şirkətin müsbət imicinin və brend nüfuzunun qorunması və inkişaf etdirilməsi;
  • Media nümayəndələri, bloggerlər, influenserlər və tərəfdaşlarla əlaqələrin qurulması və idarə olunması;
  • Mətbuat açıqlamaları, press-relizlər və rəsmi məlumatların hazırlanması;
  • Yeni filmlərin premyeraları, xüsusi nümayişlər və digər tədbirlərin PR planının hazırlanması və icrası;
  • Reklam və kommunikasiya kampaniyalarının təşkili;
  • Şirkətin tədbirlərdə və ictimai platformalarda təmsil olunmasının təmin edilməsi;
  • Media və ictimaiyyət rəylərinin izlənilməsi, reputasiya risklərinin idarə olunması.

SMM istiqaməti:

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və digər platformalar) idarə olunması;
  • Aylıq və həftəlik kontent planlarının hazırlanması və icrası;
  • Sosial media üçün kreativ ideyaların, mətnlərin və paylaşım konseptlərinin hazırlanması;
  • Film təqdimatları, premyeralar, kampaniyalar və xüsusi təkliflər üzrə kontentlərin hazırlanmasının təşkili;
  • Foto və video çəkilişlərinin planlaşdırılması və koordinasiyası;
  • Reels, Stories və digər sosial media formatları üzrə kontentlərin hazırlanması;
  • Sosial media auditoriyası ilə kommunikasiyanın qurulması, mesaj və şərhlərin idarə olunması;
  • Sosial media statistikalarının və reklam kampaniyalarının nəticələrinin təhlili;
  • İzləyici sayının, əhatə dairəsinin və sosial media aktivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;
  • SMM və rəqəmsal reklam fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi.

Namizədə tələblər

  • PR, SMM, marketinq və ya müvafiq sahə üzrə iş təcrübəsi;
  • Sosial media platformalarının idarə olunması üzrə praktiki biliklər;
  • Kreativ düşünmə və kontent ideyaları yaratmaq bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Canva, CapCut və digər kontent hazırlama proqramları ilə işləmək bacarığı;
  • Foto və video çəkiliş proseslərini koordinasiya etmək bacarığı;
  • Analitik düşüncə, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
  • Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq.

İş şəraiti və üstünlüklər

  • Əməkhaqqı: 1 500 AZN (NET);
  • Kreativ və dinamik iş mühiti;
  • Böyük auditoriyaya malik tanınmış brendlə işləmək imkanı;
  • Peşəkar inkişaf və karyera perspektivi.

Müraciət qaydası

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Marketinq
Son müraciət tarixi:2026-12-14
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:14/11/2026
Minimum 1500

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 300 vakansiyanı gör