Nəzarət Ölçü Cihazları üzrə Mütəxəssis (Kürdəmir)

Elanın vaxtı bitmişdir
786 baxış

Vəzifə öhdəlikləri:

  • Zavodda istifadə olunan bütün növ nəzarət-ölçü cihazları (NÖC) və avtomatika vasitələrinin iş prinsipini, siqnal növlərini, sistem və elementlərini bilmək və tətbiq etmək
  • NÖC və avtomatika avadanlıqlarının montajı, istismarı, texniki baxışı, əsaslı təmiri və kalibrasiyasını həyata keçirmək
  • Nasazlıqları aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq, sıradan çıxmış hissələri düzgün metodla dəyişdirmək
  • Mexaniki (açarlar və s.) və elektrik (tester, kommunikator, kalibrator və s.) alət və avadanlıqlardan düzgün istifadə etmək
  • Zavodda istifadə olunan lokal avadanlıqların (Filtr Press, Sentrifuqa, paketləmə maşınları, tərəzilər və s.) avtomatika sistemlərinin iş prinsipini bilmək və nasazlıqları aradan qaldırmaq
  • Monitorlu (displeyli) yeni nəsil avadanlıqların parametrlərini tənzimləmək, menyu üzərindən sazlama və kalibrasiya işlərini aparmaq
  • Sahə cihazlarının elektrik sxemlərini oxumaq, P&ID sxemlərinə əsasən siqnalları düzgün müəyyən etmək
  • Sahə cihazlarının ayarlanması və kalibrasiyasını həyata keçirmək, LOOP testlərini icra etmək
  • Təmir və baxım işlərinə başlamazdan əvvəl təhlükəsizlik və hazırlıq tədbirlərini yerinə yetirmək
  • Proses kontrol nöqtələri və dövrələrinin iş prinsipini analiz etmək və düzgün texniki diaqnoz vermək
  • Avtomatika cihazlarının elektrik və pnevmatik qidalanma sxemlərini bilmək və tətbiq etmək
  • Avadanlıqların istismara qəbulu, dövriyyəyə alınması və istismardan çıxarılması proseslərində iştirak etmək

Vəzifə üzrə tələblər:

  • Ali və ya orta ixtisas təhsili (Avtomatika, Elektronika, Elektrik və ya əlaqədar texniki sahə üzrə)
  • İstehsalat və ya sənaye müəssisələrində NÖC və avtomatika üzrə minimum 3 il iş təcrübəsi
  • P&ID və elektrik sxemlərini oxuma bacarığı
  • Kalibrasiya, sazlama və diaqnostika sahəsində praktiki təcrübə
  • Texniki təhlükəsizlik qaydalarını bilmə və tətbiq etmə bacarığı
  • Komanda ilə işləmə və operativ problem həll etmə bacarığı

Biz nə təklif edirik?

  • İş yeri: Kürdəmir rayonu
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “NÖC üzrə Mütəxəssis - 30193” qeyd etməyiniz xahiş olunur. 

Tələblərə cavab verdiyiniz təqdirdə Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətnizi göndərə bilərsiniz.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Kürdəmir
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-04-03
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:05/03/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör