Mühəndis mexanik (Sumqayıt)

Elanın vaxtı bitmişdir
804 baxış
📍Azertexnolayn


Azertexnolayn MMC-nin   Texniki Avadanlıqlar Zavoduna  “Mühəndis mexanik”  

Əmək funksiyası: 

  • Dəzgah və mexanizmlərin ayrı-ayrı hərəkətli hissələrinin sıradan çıxması və yeyilməsinin səbəbini və dərəcəsini təyin etmək;
  • Mürəkkəb dəzgahların, sadə maşın və avtomatların sazlanması və tənzimlənməsi;
  • İllik Texniki Plana uyğun olaraq planlı xidmətlərin mütəmadi keçirilməsini təşkil etmək
  • Aylıq hesabatların hazırlanılması.
  • Kritik hissələrin müəyyənləşdirilməsi,sifariş keçirilməsi üçün şöbə rəisinə vaxtında məlumatın verilməsi.
  • İşçilərin işlərinin müəyyənləşdirilmiş plan üzrə bölünməsi.
  • Müxtəlif konstruksiyalı mexanizmlərin hazırlanılması və dəqiq emal işlərinin görülməsinin təşkil olunması
  • Hissələrin və detalların yoxlanması və dəqiq düzəldilməsi;
  • Avadanlığın sazlanması üçün lazımi hesabatlar aparılması;
  • Sazlanmadan sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
  • sonra sınamaq üçün avadanlığın işlədilməsi;
  • Quraşdırılan sistem elementlərinin yerində uyğunlaşdırmaq. Qol boru və keçidlərin yerində hazırlamaq;

Bilməlidir:

  • Xidmət edilən dəzgahların quruluşunu və istismarı qaydalarını
  • Dəzgahın pasportunu və çertyojlarını.
  • Quraşdırılmış dəzgah və ya qurğunun texniki rəsminin və pasportunun hazırlanılması
  • Texniki rəsmlərin çəkilməsi və hazırlanılması üçün proqramları
  • Prosedura uyğun olaraq sənədləşmə və yazışma qaydalarını
  • İndukison sobaların quruluşunu və konstruksiyasının xüsusiyyətlərini, onu idarə etmək sistemini və xidmət qaydalarını;
  • Materialların əsas texnoloji və mexaniki xassələrini;
  • Xüsusən mürəkkəb maşınların, konstruksiya xüsusiyyətlərini;
  • Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

İş qrafiki: 

  • Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
  • İstirahət günü: Şənbə və Bazar günü

Namizədə tələblər: 

  • Ali təhsil
  • İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür
  • MS Office proqramları
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
  • İxtisas: Mexanika, Mühəndislik

  Namizədlərin dəyərləndirilmə prosesi:

  • Birinci mərhələ- Məntiqdən test imtahanı
  • İkinci mərhələ-  Texniki xidmət və təmir şöbə rəisi və İnsan resursları şöbə rəsi ilə müsahibə
  • Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul 

  Təminatlar:

  • Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir; 

Qeyd: Tələblərə uyğun gələn namizədlər  CV-lərini “Mühəndis mexanik” başlığı altında qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı. 

Əlaqə nömrəsi: +994 12 377 44 44
 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Sumqayıt
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-03-13
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:14/02/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör