Öyrənəcəyiniz istiqamətlər:
- Məlumat bazaları ilə işləmək üzrə baza bilikləri qazanacaq, praktiki layihələrdə iştirak edərək real iş mühitində təcrübə əldə edəcəksiniz;
- Struktur dəyişikliklərin idarə olunması və təsdiq prosesləri barədə anlayış formalaşdıracaqsınız;
- Verilənlər bazalarının dizaynı, saxlanılması və inkişafı ilə bağlı ilkin yanaşmalarla tanış olacaqsınız;
- Fövqəladə hallar zamanı tətbiq olunan planların və bərpa ssenarilərinin iş prinsiplərini öyrənəcəksiniz;
Təcrübə proqramına kimlər müraciət edə bilər:
- Bakalavrın sonuncu ili və ya magistraturada təhsil alan tələbələr və ya bakalavr təhsil səviyyəsini son 2 ildə başa vurmuş şəxslər (İqtisadiyyat, Riyaziyyat, Kompyuter elmləri, İnformasiya texnologiyaları ixtisası üzrə təhsil almış tələbələrə üstünlük verilir);
- Azərbaycan və İngilis dili biliklərinə sahib;
- Oracle, PostgreSQL, MongoDB məlumat bazaları haqqında məlumata sahib olmaq;
- SQL üzrə biliklərə sahib olmaq;
- MS Excel/Word/PowerPoint proqramlarında işləmək qabilliyəti olan;
- Təqdimat, kommunikasiya və analitik bacarıqlara sahib olan şəxslər.