Middle-Senior DevOps Engineer

87 baxış
Vakansiya haqqında

 

Middle-Senior DevOps Engineer Birmarket-in texnoloji platformlarının əsasını təşkil edən infrastrukturun, proqram təminatının çatdırılması (delivery) pipeline-larının və müşahidəolunma (observability) alətlərinin qurulması və idarə olunmasına cavabdehdir.

 

Tələblər
  • Middle səviyyəli namizədlər üçün DevOps, SRE və ya Platform Engineering sahəsində minimum 3 il, Senior səviyyəli namizədlər üçün isə minimum 5 il iş təcrübəsi.
  • Production mühitlərinin idarə olunması üzrə praktiki təcrübə. E-commerce, marketplace, fintech və ya yüksək əlçatanlıq (high-availability) tələb edən digər rəqəmsal biznes sahələrində təcrübəyə üstünlük verilir.
  • Kompüter elmləri, mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi və ya ekvivalent praktiki təcrübə.
  • AKS, virtual maşınlar, şəbəkə və idarə olunan xidmətlər (managed services) daxil olmaqla, Microsoft Azure ilə praktiki iş təcrübəsi.
  • Linux sistemlərinin idarə olunması üzrə əmin biliklər, həmçinin production mühitlərində Docker və Kubernetes ilə praktiki təcrübə.
  • Terraform və Ansible kimi Infrastructure as Code alətləri və ya ekvivalent konfiqurasiya idarəetmə həlləri ilə iş təcrübəsi.
  • Azure DevOps və ya ekvivalent platformalar vasitəsilə CI/CD pipeline-larının qurulması və idarə olunması üzrə təcrübə, blue-green və canary kimi deployment strategiyaları haqqında biliklər.
  • Prometheus, Grafana və Elasticsearch/OpenSearch kimi monitorinq, loglama və alerting alətləri ilə praktiki təcrübə.
  • PostgreSQL, Redis və Kafka və ya Azure Service Bus kimi messaging platformaları üzrə əməliyyat bilikləri.
  • DNS, TLS, load balancing, API gateways və WAF daxil olmaqla, şəbəkə texnologiyaları üzrə anlayış.
  • Secrets management, access management, RBAC və vulnerability scanning daxil olmaqla, infrastruktur təhlükəsizliyi təcrübələri üzrə biliklər.
  • Bash scripting bilikləri və Python və ya Go kimi ən azı bir proqramlaşdırma dili ilə iş təcrübəsi.
  • Tapşırıqları müstəqil şəkildə icra etmək, texniki problemləri araşdıraraq aradan qaldırmaq və insidentlərin idarə olunması prosesində iştirak etmək bacarığı.
  • Senior səviyyəli namizədlər üçün: mürəkkəb texniki təşəbbüslərə rəhbərlik etmək, insidentlərə müdaxilə prosesini idarə etmək, arxitektur qərarlar qəbul etmək və digər mühəndislərə mentorluq etmək təcrübəsi.
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (şifahi və yazılı).
  • İngilis dilini işgüzar ünsiyyət səviyyəsində bilmək.
Öhdəliklər
  • Birmarket-in Azure Cloud infrastrukturunun, o cümlədən AKS, virtual maşınlar, şəbəkə, yaddaş və idarə olunan xidmətlərin istismarını, texniki dəstəyini və davamlı təkmilləşdirilməsini təmin etmək.
  • Kubernetes mühitlərini idarə etmək, o cümlədən klasterlərin yenilənməsi, autoscaling, resursların optimallaşdırılması, Helm chart-ların idarə olunması və iş yükləri ilə bağlı problemlərin aradan qaldırılmasını həyata keçirmək.
  • Terraform/Bicep və Ansible vasitəsilə Infrastructure as Code və konfiqurasiya idarəetməsi həllərini tətbiq etmək və dəstəkləmək.
  • Linux əsaslı infrastrukturu idarə etmək, sistem yeniləmələrini, təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və əməliyyat sabitliyini təmin etmək.
  • Azure DevOps platformasında CI/CD pipeline-larını və ortaq şablonları (shared templates) qurmaq, dəstəkləmək və optimallaşdırmaq, development komandalarına servislərin inteqrasiyası və release proseslərinin avtomatlaşdırılması üzrə dəstək göstərmək.
  • Təsdiq mərhələləri (approval gates), blue-green deployment, məxfi məlumatların idarə olunması (secrets management) və zəifliklərin skan edilməsi (vulnerability scanning) daxil olmaqla, təhlükəsiz və etibarlı deployment təcrübələrini tətbiq etmək.
  • Prometheus, VictoriaMetrics, Grafana və Elasticsearch/OpenSearch vasitəsilə monitorinq, loglama, tracing və alerting həllərini dəstəkləmək, servislərin müşahidəolunma (observability) imkanlarını təmin etmək.
  • PostgreSQL, Redis və messaging platformaları daxil olmaqla, verilənlər bazalarının və data xidmətlərinin istismarı, texniki dəstəyi və yenilənməsi proseslərində iştirak etmək.
  • On-call növbələrində, insidentlərin idarə olunması, kök səbəblərin təhlili (Root Cause Analysis) və Disaster Recovery fəaliyyətlərində iştirak etmək.
  • Capacity planning, load testing, ehtiyat nüsxələrin idarə olunması (backup management) və biznesin yüksək yüklənmə dövrlərinə hazırlıq vasitəsilə infrastrukturun miqyaslana bilməsini, əlçatanlığını və performansını təmin etmək.
  • Information Security komandası və ekosistemin DevOps & SRE Excellence Area bölməsi ilə əməkdaşlıq edərək infrastrukturun təhlükəsizliyini və uyğunluq tələblərinə (compliance) cavab verməsini təmin etmək.
  • Cloud resurslarından istifadənin səmərəliliyini və xərcləri optimallaşdırmaq, resursların tag-lənməsi standartlarına riayət olunmasını və əməliyyat sənədlərinin (operational documentation) aktual saxlanılmasını təmin etmək.
Təklif olunanlar
  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İT
Son müraciət tarixi:2027-01-01
Vəzifə dərəcəsi:Aparıcı mütəxəssis
Elan paylaşılıb:10/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 299 vakansiyanı gör