Marketinq üzrə Menecer

Elanın vaxtı bitmişdir
762 baxış

(📍Bakı İstanbul Liseyi və alt brendləri: BIL Kids and Preschool, Xaçmaz İstanbul Liseyi, BIL Abituriyent Məktəbi)

📌 Vəzifə haqqında
Biz bir neçə təhsil brendi üzrə marketinq strategiyalarını idarə edəcək, nəticəyönümlü Marketinq Meneceri axtarırıq. Bu vəzifə əsasən kampaniyaların effektiv icrası, komanda koordinasiyası və bütün platformalarda vahid brend kommunikasiya təmin olunmasına fokuslanır.
Əsas vəzifələr
🔹 Kampaniyaların idarə edilməsi 
- Online və offline marketinq kampaniyalarının planlanması və icrası
- Mövsümi kampaniyaların koordinasiyası (qəbul dövrləri, açılışlar, tədbirlər)
- Reklam kanallarının idarə olunması (rəqəmsal, outdoor, çap materialları)
🔹 Komanda koordinasiyası
- Məktəb rəhbərliyi ilə kreativ komanda arasında əlaqələndirici rol oynamaq
- SMM mütəxəssisi, dizayner və videomaker (reelsmaker) ilə koordinasiya
- Bütün marketinq materiallarının vaxtında təqdim olunmasını təmin etmək
🔹 Kontent və kommunikasiya nəzarəti
- Kontent planının icrasına nəzarət
- Sosial media paylaşımlarının, vizualların və mesajların yoxlanılması və təsdiqi
- Bütün platformalarda brend vahidliyinin qorunması
🔹 Tədbir və aktivasiya idarəçiliyi
- Sosial fəaliyyətlər şöbəsinin rəhbəri ilə birlikdə open day, məktəb tədbirləri və promo aktivliklərin planlanması və idarəsi
- Tədbirlərin yüksək keyfiyyətlə həyata keçirilməsini və brend təcrübəsini təmin etmək
🔹 Performansın izlənməsi
- Kampaniyaların nəticələrinin monitorinqi və optimizasiyası
- Əsas marketinq KPI-larının izlənməsi (reach, lead, konversiya dəstəyi)
- Həftəlik və aylıq hesabatların hazırlanması

🧩 Tələblər
! Marketinq sahəsində minimum 3 il iş təcrübəsi (təhsil və ya xidmət sektoru üstünlükdür)
! Güclü layihə və zaman idarəetmə bacarığı
! Eyni anda bir neçə layihəni idarə etmə təcrübəsi
! Rəqəmsal marketinq alətləri və platformaları üzrə bilik
! Güclü kommunikasiya və koordinasiya bacarıqları

💡 Təklif edirik
- Bir neçə inkişaf edən təhsil brendinin idarə olunmasında iştirak imkanı
- Dinamik və kreativ iş mühiti
- Brendin böyüməsinə və genişlənməsinə birbaşa təsir imkanı

🍽️ İş şəraiti
- Nahar şirkət tərəfindən təmin olunur
- İş saatları: 09:00 – 18:00
- Həftədə 2 gün istirahət
- Yalnız rəsmi dövlət bayramları tətbiq olunur (məktəb təqvimi ilə bağlı əlavə məzuniyyətlər nəzərdə tutulmur) 

Uyğun namizədlərin başlıq yerində "Marketinq üzrə Menecer" yazaraq, [email protected] emailinə CV göndərmələri xahiş edilir.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Marketinq
Son müraciət tarixi:2026-05-01
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:01/04/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör