Marketinq Meneceri
DTS MMC komandamıza yaradıcı düşüncəyə, güclü kommunikasiya bacarıqlarına və rəqəmsal marketinq sahəsində praktiki təcrübəyə malik Marketinq Meneceri axtarır.
Namizəd şirkətin rəqəmsal platformalarda təmsil olunmasına, korporativ imicinin inkişaf etdirilməsinə, sosial media hesablarının idarə olunmasına və marketinq kontentinin hazırlanmasına cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin LinkedIn, Instagram, Facebook və digər sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi;
- Sosial media üçün aylıq kontent planının hazırlanması və icrası;
- Sosial media postlarının, vizual materialların, təqdimatların və digər marketinq kontentinin hazırlanması;
- Şirkətin həyata keçirdiyi layihələr, xidmətlər və yeniliklər haqqında peşəkar mətnlərin yazılması;
- Korporativ veb-saytlar üçün məqalələrin, layihə təsvirlərinin və xidmət səhifələrinin hazırlanması və yenilənməsi;
- Layihələrə aid foto və video materialların seçilməsi, redaktəsi və paylaşılması;
- Şirkətin korporativ brend üslubunun və vizual standartlarının qorunması;
- Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və idarə olunması;
- Sosial media və veb-sayt göstəricilərinin izlənilməsi, nəticələrin təhlili və hesabatların hazırlanması;
- Marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yeni ideya və təkliflərin irəli sürülməsi.
Namizədə tələblər
- Marketinq, rəqəmsal marketinq və ya sosial media idarəçiliyi sahəsində iş təcrübəsi;
- Sosial media platformalarının və kontent idarəetmə alətlərinin yaxşı səviyyədə mənimsənilməsi;
- Canva, Adobe Photoshop və ya digər dizayn proqramları ilə işləmək bacarığı;
- Vizual kontent və sosial media postları hazırlamaq bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı kommunikasiya və mətn hazırlama bacarığı;
- İngilis dilində peşəkar məzmun hazırlamaq və redaktə etmək bacarığı;
- WordPress və digər CMS platformaları ilə işləmək bacarığı üstünlükdür;
- Foto və video redaktə proqramları ilə iş təcrübəsi üstünlükdür;
- Süni intellekt əsaslı kontent hazırlama alətlərindən istifadə bacarığı;
- Yaradıcı düşüncə, məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Beynəlxalq marine, offshore, engineering və digər sənaye layihələri ilə tanışlıq imkanı;
- Şirkətin rəqəmsal marketinq strategiyasının inkişafında aktiv iştirak;
- Yeni ideyaları tətbiq etmək və peşəkar bacarıqları inkişaf etdirmək imkanı;
- Əməkhaqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunur.
Maraqlanan namizədlər CV-lərini və mövcud olduğu halda hazırladıqları iş nümunələrini (portfolio) Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə, mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə göndərə bilərlər.

Vakansiyalar
Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
Media Marketinqi üzrə Mütəxəssis
Vakansiyalar
Vakansiyalar
Media Marketinqi üzrə Mütəxəssis
Maaş müzakirəyə əsasən
Marketinq Mütəxəssisi
ARG Group MMC
ARG Group MMC
Marketinq Mütəxəssisi
800 — 1500
Marketinq Meneceri
Vakansiyalar
Vakansiyalar
Marketinq Meneceri
Maaş müzakirəyə əsasən
Менеджер по работе с клиентами
Liberty Space
Liberty Space
Менеджер по работе с клиентами
900 — 1200
Marketinq meneceri
Vakansiyalar
Vakansiyalar
Marketinq meneceri
Minimum 1500
Marketinq meneceri
Vakansiyalar
Vakansiyalar
Marketinq meneceri
Maaş müzakirəyə əsasən
Marketing Manager
Vakansiyalar
Vakansiyalar
Marketing Manager
Maaş müzakirəyə əsasən
Baş kopirayter
Vakansiyalar
Vakansiyalar
Baş kopirayter
Maaş müzakirəyə əsasən

