Mağaza rəhbəri

Elanın vaxtı bitmişdir
1328 baxış

📍SALOĞLU Mebel

 

Öhdəliklər

 

- Mağazanın ümumi fəaliyyətini təşkil edir

- Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir

- Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir

- Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir

- Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir

- Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir

- İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir

- Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür

- Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür

- Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir

- Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir

- Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət

- Mal qalıqlarına nəzarət və uçotun aparılması

- Assortimentin və satışın analizi

- Daxili inventarizasiyanın aparılması

- Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir

- Görülən işlərin qeydinin aparılması

- İş qrafiki:- Həftə içi 1 gün istirahət günü

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza rəhbəri” qeyd etməklə göndərmələri xahiş olunur.


Tələblər

 

- Təcrübə: Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi (mebel sahəsində müvafiq təcrübəyə üstünlük verilir)

- Yaş: 25-35

- Dil bilikləri: Səlis Azərbaycan dili tələb olunur, (Rus və İngilis dili arzuolunandır)

- Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C.


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-03-11
Vəzifə dərəcəsi:Şöbə müdiri, Baş mütəxəssis
Elan paylaşılıb:11/02/2026
1800 — 2000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör