Pangea Highway Innovations “Layihə İcrası üzrə Texniki Koordinator ” vakansiyasını elan edir.
Layihə İcrası üzrə Texniki Koordinator kimi əsas vəzifəniz şirkət tərəfindən həyata keçirilən layihələrin tətbiqi və istismara verilməsi mərhələlərində sahədə aktiv iştirak etmək, müxtəlif texniki komponentlərin sazlanması, koordinasiyası və nəzarətini həyata keçirməkdir. Eyni zamanda sahədə yaranan texniki problemlərin operativ həllinə və avadanlıqların düzgün işləməsinə nəzarət vacib rol oynayır.
· Layihələr çərçivəsində digər struktur bölmələrlə sıx əməkdaşlıq etmək
· Layihə zamanı lazım olan materialların təminatını və nasaz avadanlıqların anbarda təhvilini təşkil etmək
· Quraşdırılan avadanlıqların test, kalibrasiya və istismara verilməsi prosesində iştirak etmək
· Qantri və dirəklər üzərindəki avadanlıqların kalibrasiya və konfiqurasiya işlərini yerinə yetirmək
· Yol səthinə quraşdırılmış sensor və cihazların sazlanması və yoxlanmasını təmin etmək
· Yerli və xarici təchizatçılarla koordinasiyalı şəkildə inteqrasiya və istismara verilmə mərhələlərini idarə etmək
· Texniki nasazlıqların səbəblərini təyin edərək uyğun texniki həll yolları tapmaq və tətbiq etmək
· Sistem və proqram təminatlarının quraşdırılması və monitorinqini təmin etmək
· Layihənin gedişatına təsir edə biləcək riskləri (elektrik, infrastruktur, fiber-optik bağlantılar və s.) müəyyən edib rəhbərliyə bildirmək
· Quraşdırılmış avadanlıqların dövri texniki baxışını, xidmətini və ehtiyac olduqda təmirini yerinə yetirmək
· Avadanlıqların enerji və məlumat bağlantılarını yoxlamaq və sistem performansını qiymətləndirmək
· Bütün sahə işlərini Əməyin Təhlükəsizliyi qaydalarına uyğun şəkildə həyata keçirmək
· Şirkətə məxsus nəqliyyat vasitələrinin və texniki avadanlıqların texniki vəziyyətini izləmək
· Əlaqədar sahə üzrə ali təhsil
· Müvafiq texniki sahədə minimum 3 il iş təcrübəsi
· Avtomobil idarəetmə bacarığı və etibarlı sürücülük vəsiqəsi
· Səfər məhdudiyyəti olmaması və sahə şəraitində işləməyə tam hazır olmaq
· Komanda ilə işləmə bacarığı və yüksək məsuliyyət hissi
· Zəif cərəyan sistemləri (sensor, kamera və s.) üzrə texniki biliklər
· Sensor və digər texnoloji avadanlıqların quraşdırılması üzrə praktiki təcrübə
· Zamanın planlanması, texniki nəzarət və icra üzrə təcrübə
· MS Office və Visio proqramlarında sərbəst işləmək bacarığı
· MS Project proqramından istifadə bacarığı (arzuolunandır)
· Yaxşı səviyyədə ingilis dili biliyi (texniki sənədlərlə işləmək üçün)

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
İş elanlarını ilk sən gör!
Ən son vakansiyalardan anında xəbərdar olmaq üçün Telegram kanalımıza qoşul.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
3200 — 3500
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Minimum 600
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Minimum 700
Vakansiyalar
800 — 1000