SDM-ə tabe olan bütün obyektlərində statik avadanlıqların etibarlılıq, texniki nəzarət və korroziya fəaliyyətini həyata keçirir. SDM-in etibarlılıq, texniki nəzarət və korroziya göstəricilərinə və hədəflərinə uyğunluğun monitorinqini aparır və texniki inkişafları müəyyən etmək və həyata keçirmək üçün korroziya üzrə böyük mühəndisə dəstək verir.
Texnoloji proseslər üçün korroziyaya nəzarət sənədini (Corrosion Control Document) hazırlamaq;
Korroziya döngələrini və dağılma mexanizmlərini müəyyən etmək;
Risk Əsaslı Təftiş (RBI) tədqiqatlarında iştirak etmək;
Aktivlərin İdarə Olunması proqramında (Asset Performance Management) Texniki nəzarət şöbəsinin məlumatlarını izləmək, avadanlıq/xətt yeniləmələrinə nəzarət etmək;
Qurğu, avadanlıq və boru xətlərində baş vermiş sızmaları araşdırmaq. Kök səbəb təhlili (RCA) hesabatın hazırlamasında fəal iştirak etmək;
Aylıq korroziya hesabatını hazırlamaq və üst rəhbərinə təqdim etmək;
Avadanlıq və xətlərin Korroziyaya Nəzarət Zonalarının KNZ (CML) müəyyən edilməsinə, nəzərdən keçirilməsinə və inkişafına dəstək vermək;
Planlı Dayanma Şöbəsi ilə əlaqəli işləmək və dayanma zamanı həyata keçiriləcək texniki nəzarət tədbirlərinin müəyyən edilməsinə dəstək vermək;
Lazım gəldikdə Etibarlılıq şöbəsinin təşkil etdiyi ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA, və s. işçi gruplarda fəal iştirak etmək;
SDM-in NEZ və Neft-Kimya Sənayesinə tabe olan bütün müəssisələrin korroziya monitorinqi (Korroziya kuponlarından/problardan istifadə edərək) və korroziyanın qarşısısnın alınması( Katodik Mühafizə, boyama, kimyəvi inhibitor, korroziyaya davamlı material seçimi-CRA) ilə bağlı bütün fəaliyyətlərində iştirak etmək;
Mövcud qanunvericilik aktlarına,sənayenin qabaqcıl təcrübələrinə,qaydalarına,rəhbər sənədlərinə,kodekslərə və beynəlxalq standartlara uyğun olaraq,düzgün fəaliyyətin həyata keçirilməsində Texniki nəzarət şöbəsinə dəstək olmaq. Müvafiq qeydlərin düzgün aparılmasını təmin etmək və yoxlamalarda təqdim etmək. Bu işlər üzrə inkişaf sahələri ilə bağlı təkliflər vermək;
Texniki nəzarət işlərindən sonra yaranmış, təklif və nəticələri özündə əks etdirən hesabatların təhlilinə və zəruri təkmilləşdirmə tədbirlərinin müəyyənləşdirilməsinə dəstək vermək;
SDM-in Neft Emalı Zavodlarının və Neft-Kimya Sənayesinin SƏTƏMM tələbləri və hədəfləri barədə məlumatlı olmaq, işçi heyəti və subpodratçıları buna uyğun istiqamətləndirməsinə kömək etmək. Məsul olduğu ərazidə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə qüvvədə olan qaydalarına riayət olunması üçün zəruri nəzarət həyata keçirmək və aidiyyəti işçilərə xəbədarlıq etmək;
Vəzifə təlimatına uyğun olaraq tabeliyində olan rəhbər tərəfindən ona verilən tapşırıqları yerinə yetirmək və hesabat vermək;
Qeyri-iş saatlarında fövqəladə zənglərə cavab vermək, zərurət yarandıqda iş vaxtından əlavə işləmək, lazım gəldikdə iş vaxtından sonra çağrışlara dəstək vermək;
Şirkətin siyasətinə, missiyasına, onun baxışına, korporativ dəyərlərinə, hüquqi və digər tələblərinə,habelə şirkətin etik norma və qaydalarına, təlimatlarına, strategiyasına və məqsədlərinə uyğun fəaliyyət göstərmək:bunların tabeliyində olan işçilər tərəfindən qəbul edilməsini və yayılmasını təmin etmək;
Sahəsinə(bölməsinə) aid məlumatların və sənədlərin düzgün tərtib edilməsinin icrası;
Əməyin mühafizəsi,təhlükəsizlik texnikası və ətraf mühit mədəniyyətinə uyğun davranmaq,əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək,uyğunsuzluq aşkar edildikdə rəhbər vəzifədə olan şəxsə və SƏTƏMM (İSG) üzrə səlahiyyətli işçilərə məlumat vermək;
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra edir və məsuliyyət daşıyır.
Bakalavr təhsili (korroziya mühəndisi, materialşünaslıq mühəndisi və ya kimya mühəndisi ixtisası üzrə);
Korroziya üzrə mühəndis vəzifəsinə ən azı 2 il müvafiq iş təcrübəsi;
AR-nın qanunlarını,qaydalarını,qüvvədə olan qaydaları,rəhbər sənədləri,təlimatları və qabaqcıl beynəlxalq standartları bilməlidir. NACE, ASME, API və ASTM beynəlxalq standartları və kodları, xüsusən API-571, API-580, APİ-581, API-570 və API-510 kimi standartlarında məlumatlı olmalı və işləmək bacarmalıdır;
NACE və ya API sertifikatlarına malik olma arzuolunandır.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
700 — 1400

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
900 — 1000

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən
RICH S.A. MMC
600 — 800