Komplayens üzrə Mütəxəssis

Elanın vaxtı bitmişdir
531 baxış

Təsvir

İşiniz nədən ibarətdir?

  • Bankın məhsul və xidmətlərinin ölkədaxili Qanunvericiliyə, Qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi;
  • Təchizatçıların yoxlanılması üçün tələb olunan sənədlərin yığılması və işlərin aparılması;
  • Komplayens məsələlərlə bağlı təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması;
  • Biznes mərkəzlərindən və əlaqəli digər departamentlərdən / funksiyalardan daxil olmuş Komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması;
  • Bankdaxili strukturların və onların fəaliyyətinin davamlı əsasda komplayens baxımından monitorinqinin aparılması;
  • Bankda mövcud proseslərin avtomatisaziyasında regulativ və bankdaxili tələblərə uyğunluğu təmin etmək və pozuntuların aradan qaldırılması ilə bağlı rəy və təkliflər verilməsi;
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və Qaydaların idarə edilməsinə dəstək olunması;
  • Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;
  • Komplayens ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyasının təmin edilməsi;
  • Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq, iqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil. (Hüquq sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
  • Tələb olunan iş təcrübəsi: minimum 1 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, hüquq, risk və ya audit sahələrində (minimum birində) təcrübənin olması);
  • Lisenziya / Sertifikat: Compliance, Hüquq, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
  • Xarici dillər: İngilis (səlis), rus (işlək);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli ölkə daxili qanunvericilik üzrə geniş biliklər, Banklarda korporativ idarəetmə Standartları, Mərkəzi Bankın normativ hüquqi aktları və digər aidiyyəti Qanunlar / Qaydalar üzrə biliklər.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-07-12
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:03/06/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör