Komplayens üzrə aparıcı mütəxəssis

Elanın vaxtı bitmişdir
562 baxış

Təsvir

  • Şirkətdaxili tənzimləyici sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) hazırlanması prosesində iştirak və bu sənədləri dövri olaraq nəzərdən keçirməklə cari komplayens tələblərinə uyğunlaşdırılmasına dair təkliflər vermək.
  • Şirkətdaxili normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) ekspertizasını həyata keçirmək, aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldırılması ilə bağlı təkliflər vermək.
  • Şirkət daxilində “Maraqlar toqquşması” hallarına nəzarət etmək və qeydiyyatını aparmaq.
  • Şirkətin müəyyən edilmiş korporativ idarəetmə məqsədlərinə çatmasına kömək edən korporativ siyasət və strategiyaları ilə bağlı tövsiyyələr vermək.
  • Komplayens risklərinin müəyyənləşdirilməsi məqsədilə biznes proseslərinin təhlili.
  • Şirkətin etik davranış qaydalarının hazırlanmasında iştirak etmək, zərurət yarandıqda qaydalarda dəyişikliklər edilməsini təklif etmək, tətbiqinə nəzarət etmək.
  • Etik davranış qaydaları üzrə Şirkətdaxili təlimlərin keçirilməsi.
  • Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və hesabatlılığını həyata keçirmək.
  • Şirkətin biznes proseslərinin qanunvericiliyə və daxili qaydalara uyğunluğu barədə birbaşa rəhbərinə hesabatlar təqdim etmək.
  • Komplayens sahəsində daxili normativ sənədlərin aktual saxlanılması prosesini və tətbiqinə nəzarəti təmin etmək.
  • Birbaşa rəhbər tərəfindən həvalə edilmiş komplayens üzrə digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (hüquq təhsili və ya müvafiq sahə üzrə ali təhsil üstünlükdür).
  • Komplayens üzrə sertifikatlara malik olmaq üstünlükdür.
  • Təlim keçmək təcrübəsinə malik olan namizədlərə üstünlük verilir.
  • Müvafiq sahə üzrə iş təcrübəsi; (mütəxəssis vəzifəsi üçün 1-3 il).
  • Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı.
  • Operativ və düzgün qərar vermə qabiliyyəti.
  • Təşkilati bacarıqlar (korporativ yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.).
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarığı.
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları.
  • Dil bilikləri: Azərbaycan dili sərbəst; ingilis dili əla; rus dili (arzuolunan).
  • Ölkədaxili ezamiyyətlərə hazır olma və sürücülük hüququnun olması üstünlükdür.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2025-07-31
Vəzifə dərəcəsi:Aparıcı mütəxəssis
Elan paylaşılıb:20/06/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör