Keyfiyyətə Nəzarət mütəxəssisi

Elanın vaxtı bitmişdir
2000 baxış

Sham-fi.az Şirkətimizin keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun fəaliyyətinin təmin edilməsi məqsədilə komandamıza Keyfiyyətə Nəzarət mütəxəssisi axtarırıq.

Vəzifənin əsas məqsədi:
Məhsul və istehsal proseslərinin müəyyən edilmiş keyfiyyət, qida təhlükəsizliyi, sanitariya-gigiyena və normativ tələblərə uyğunluğuna nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin etmək.
 

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal və əməliyyat proseslərinin keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;
  • Xammal, materiallar, hazır məhsul və istehsal mərhələlərinə keyfiyyət nəzarətinin həyata keçirilməsi;
  • Qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına riayət olunmasına nəzarət;
  • HACCP prinsiplərinin tətbiqinə nəzarət və kritik nəzarət nöqtələrinin monitorinqi;
  • ISO 22000 standartının tələblərinin gündəlik iş proseslərində tətbiqinin təmin edilməsi;
  • İstehsalat sahələrində gigiyenik vəziyyətin, təmizlik və dezinfeksiya proseslərinin yoxlanılması;
  • Pest Control — zərərvericilərə qarşı mübarizə tədbirlərinin, monitorinqinin və müvafiq qeydlərin nəzarətdə saxlanılması;
  • Keyfiyyət göstəricilərinin mütəmadi monitorinqi və nəticələrin sənədləşdirilməsi;
  • Aşkar edilmiş uyğunsuzluqların müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aradan qaldırılması üzrə tədbirlərin izlənilməsi;
  • Düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) həyata keçirilməsində iştirak;
  • İstehsal, anbar və digər aidiyyəti bölmələrlə koordinasiyalı fəaliyyət;
  • Keyfiyyətə nəzarət üzrə hesabatların, yoxlama aktlarının və müvafiq sənədlərin hazırlanması;
  • Daxili auditlərə hazırlıq və audit proseslərində iştirak;
  • Qida təhlükəsizliyi və keyfiyyət standartları üzrə əməkdaşların məlumatlandırılması və maarifləndirilməsinə dəstək.
     

Tələblər:

  • Qida mühəndisliyi, Qida texnologiyası, Kimya, Biologiya, Keyfiyyətin idarə edilməsi və ya uyğun ixtisas üzrə ali təhsil;
  • Keyfiyyətə nəzarət və ya qida təhlükəsizliyi,Qida istehsalı və ya iaşə sahəsində iş təcrübəsi;
  • HACCP prinsipləri üzrə bilik;
  • ISO 22000 standartının tələblərini bilməli və gündəlik fəaliyyətində tətbiq etməyi bacarmalı;
  • Qida təhlükəsizliyi normaları, sanitariya və gigiyena tələbləri üzrə bilik;
  • Pest Control prosesləri və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə məlumatlılıq;
  • Keyfiyyət göstəricilərinin monitorinqi və uyğunsuzluqların idarə olunması bacarığı;
  • Sənədləşdirmə, hesabatların hazırlanması və analitik düşünmə qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və detallara yönümlü yanaşma;
  • Komanda ilə işləmək və operativ qərar qəbul etmək bacarığı.

     

    Bizim təminatımız:

  • Əmək haqqı- 1200-1500 NET
  • 5 günlük iş qrafiki
  • Nahar şirkət tərəfindən verilir
  • Ağ şəhər ərazisi.

    📩 Müraciət üçün: CV-nizi vakansiyanın adı qeyd olunmaqla [email protected] səhifəsinə təqdim edə bilərsiniz.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-10-13
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:15/09/2026
1200 — 1500

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 340 vakansiyanı gör