İnsan Resursları üzrə təcrübəçi

36 baxış

Təsvir

Təsvir:

Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Şirkətimizin İnsan Resursları üzrə gündəlik əməliyyat proseslərinə dəstək verəcək, sənədləşmə və kargüzarlıq işlərinin dəqiq icrasında iştirak edəcək İnsan Resursları üzrə təcrübəçi axtarırıq.

 

Bu rol əməkdaşların şəxsi işlərinin formalaşdırılmasına, kadr kargüzarlığı sənədlərinin hazırlanmasına, məzuniyyət, ezamiyyət və davamiyyət uçotunun aparılmasına, eləcə də İR məlumat bazalarının yenilənməsi və hesabatların hazırlanmasına dəstək göstərilməsinə cavabdeh olacaq.

 

Bu təcrübə proqramında uğur qazanmaq üçün nəzəri bilikləri praktiki əməliyyatlara tətbiq etmək, detallara yüksək diqqət yetirmək, tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək bacarığı əsasdır.

 

Əsas öhdəliklər:

 

Kadr kargüzarlığı və sənədləşmə dəstəyi

  • İşə qəbul, işdən azad olma, məzuniyyət, ezamiyyət və digər kadr əməliyyatları üzrə müvafiq sənədlərin (əmr, ərizə, müqavilə və s.) hazırlanmasında iştirak etmək.
  • Əməkdaşların şəxsi işlərinin formalaşdırılmasına, sənədlərin tamlığının yoxlanılmasına və arxivləşdirilməsinə dəstək göstərmək.
  • Daxili sənəd dövriyyəsi qaydalarına uyğun olaraq İR sənədlərinin qeydiyyatını və izlənilməsini təmin etmək.

 

Məlumat bazası və hesabatlılıq

  • İnsan Resursları üzrə elektron məlumat bazalarının və cədvəllərin (Excel) mütəmadi yenilənməsini təmin etmək.
  • Əməkdaşların davamiyyət (tabel) uçotunun aparılmasına və yoxlanılmasına dəstək vermək.
  • İR əməliyyatları üzrə gündəlik və aylıq statistik hesabatların hazırlanmasında iştirak etmək.

 

Əməkdaşlarla ünsiyyət və əməliyyat dəstəyi

  • Əməkdaşların arayış və digər standart kadr sənədləri ilə bağlı müraciətlərinin cavablandırılmasına və icrasına dəstək olmaq.
  • Yeni işə qəbul olunan əməkdaşların adaptasiya (onboarding) prosesinin sənədləşmə mərhələsində təşkilati dəstək göstərmək.
  • Şöbədaxili digər cari tapşırıqların icrasında komandaya dəstək olmaq.

 

Tələblər

  • İnsan resurslarının idarə edilməsi, menecment, biznesin idarə edilməsi, iqtisadiyyat, hüquq və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil;
  • MS Office proqramlarını (xüsusilə MS Excel) yaxşı səviyyədə bilmək;
  • İnsan Resurslarının idarə edilməsi və ya əmək qanunvericiliyi üzrə müvafiq kursları bitirmiş olması üstünlükdür;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə baza nəzəri biliklərə malik olmaq;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı; İngilis və ya Rus dili bilikləri arzuolunandır;
  • Detallara qarşı yüksək diqqətlilik, məxfilik (konfidensiallıq) prinsiplərinə riayət etmək, məsuliyyətlilik, operativ öyrənmə və komanda ilə işləmək bacarığı.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-12-18
Vəzifə dərəcəsi:Təcrübəçi
Elan paylaşılıb:19/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 312 vakansiyanı gör