İaşə Xidmətləri üzrə Menecer
Vəzifə öhdəlikləri:
* Catering layihəsi üzrə gündəlik əməliyyat fəaliyyətinin təşkili və idarə olunması;
* Yüksək həcmli yemək istehsalı, hazırlanması və təqdimatı proseslərinə nəzarət;
* Mətbəx və servis heyətinin idarə edilməsi, iş bölgüsünün aparılması;
* Ərzaq və material ehtiyatlarının, anbar qalıqlarının və məhsul sərfiyyatının nəzarətdə saxlanılması;
* Menyu, porsiya standartları və yemək keyfiyyətinə nəzarət;
* HACCP, qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinə riayət olunmasının təmin edilməsi;
* Gündəlik fəaliyyət üzrə hesabatlılığın və iş proseslərinin effektivliyinin təmin edilməsi.
Namizədə dair tələblər:
* Kütləvi iaşə (Catering) sahəsində minimum 3 il iş təcrübəsi;
* Kütləvi qidalanma və iri həcmli catering layihələrinin idarə olunması sahəsində praktiki təcrübə;
* Böyük kollektivin idarə edilməsi və əməliyyat proseslərinin koordinasiyası bacarığı;
* HACCP standartları və qida təhlükəsizliyi qaydaları üzrə biliklər;
* Rus və ingilis dilləri üzrə orta səviyyədə bilik;
* MS Office proqramları ilə işləmək bacarığı;
* Liderlik, təşkilatçılıq və operativ qərarvermə bacarığı.
İş şərtləri:
* 💰 Əməkhaqqı: 1200–1 500 AZN
* 🗓️ İş qrafiki: Həftədə 6 iş günü
* 🕘 İş saatları: 08:00–18:00
📍 İş yeri: Hövsan – Qum adası
📩 Müraciət qaydası: CV-lərinizi [email protected] elektron poçt ünvanına və ya 055 400 01 45 WhatsApp nömrəsinə göndərə bilərsiniz.
Catering 145 Group
“Catering 145 Group” 2016-cı ildən etibarən korporativ qidalanma sahəsində peşəkar xidmət göstərən şirkətdir. Biz müştərilərimizə yüksək keyfiyyətli, təzə və vaxtında təqdim olunan ketrinq həlləri təqdim edirik, gündəlik minlərlə porsiya yeməyi hazırlamaq və çatdırmaq imkanına malikik. Bütün proseslərimiz beynəlxalq və "AR" qanunvericiliyində nəzərdə tutulan qida təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunmuşdur. Müasir avadanlıqlar və təcrübəli heyətimiz hər zaman xidmət keyfiyyətini təmin edir. Təchizat zəncirimiz etibarlı tərəfdaşlarla işləyir və məhsullar ciddi keyfiyyət yoxlamasından keçir. Biz korporativ müəssisələr, sənaye obyektləri və müxtəlif miqyaslı təşkilatlar üçün fərdi menyu planlaması və çevik xidmət modelləri əsasında kompleks qidalanma həlləri təqdim edirik. “Catering 145 Group” etibarlılıq, keyfiyyət və davamlı inkişaf prinsiplərinə sadiq qalaraq müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir və bu yanaşma sayəsində Azərbaycan bazarında mövqeyini davamlı şəkildə gücləndirir.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
Satış mütəxəssisi
Ozwel
Ozwel
Satış mütəxəssisi
500 — 2000
Bellboy
Vakansiyalar
Vakansiyalar
Bellboy
Maaş müzakirəyə əsasən
Anbar işçisi(Fəhlə)
ARZUM BEAUTY
ARZUM BEAUTY
Anbar işçisi(Fəhlə)
500
Satış məsləhətçisi
Supertoys
Supertoys
Satış məsləhətçisi
500 — 700
Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Salyan)
OBA Market
OBA Market
Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Salyan)
700 — 800
XADIMƏ
Greenwich MS"MMC
Greenwich MS"MMC
XADIMƏ
Minimum 500
Məlumat mərkəzi operatoru (Call center)
Vakansiyalar
Vakansiyalar
Məlumat mərkəzi operatoru (Call center)
Maaş müzakirəyə əsasən
Dərzi (Tikiliş və Kəsim üzrə)
Vakansiyalar
Vakansiyalar
Dərzi (Tikiliş və Kəsim üzrə)
Maaş müzakirəyə əsasən

