Hüquq Departamentində Təcrübəçi

Elanın vaxtı bitmişdir
1172 baxış

Təsvir

 “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Hüquq Departamentində Təcrübəçi (Məhkəmə işləri üzrə) elan edir.

 

Bu proqram hüquq sahəsində biliklərini praktikada tətbiq etmək və real hüquqi işlərlə tanış olmaq istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.

Proqramın məqsədi təcrübəçilərin hüquq departamentinin gündəlik iş fəaliyyətinə dəstək göstərməsi və aşağıdakı işlərin operativ şəkildə icrasına töhfə verməsi gözlənilir:

  • Məhkəməyə verilmiş işlər üzrə sənədlərin hazırlanması (iddia ərizələri və s.)
  • Mövcud sənədlərin (məktublar, maliyyə arayışları, arxiv sənədləri) məhkəməyə göndərilməyə hazır vəziyyətə gətirilməsi (ardıcıllıq, folderləşmə və s.)
  • Sənədlərin skan olunaraq portala yüklənməsi üçün hazırlanması
  • Zərurət yarandıqda İcra işləri üzrə  dəstək göstərilməsi

Tələblər

Namizədlər üçün tələblər:

  • Hüquq və ya oxşar ixtisaslar üzrə təhsil alan və ya yeni məzun olmuş (üstünlük verilir)
  • Yaxşı ünsiyyət bacarıqları, məsuliyyətli və öyrənməyə açıq olan
  • Microsoft Word proqramı istifadə bacarığı

Proqram iştirakçılarına təqdim olunur:

  • Hüquqşünaslar tərəfindən keçirilən təlimlər
  • Müvafiq sahə üzrə mentor dəstəyi
  • Təcrübə müddətinin sonunda rəsmi sertifikat
  • Real hüquqi sənədlərlə işləmək və praktik bilik əldə etmək imkanı

Əlavə məlumat:

  •  İş yeri: Baş ofis (ofisdaxili)
  • Müddət: 2 ay
  • İş rejimi: Yarım gün (detallı qrafik fərdi razılaşma əsasında müəyyən olunacaq)
  • Ödəniş: Təcrübə proqramı ödənişsizdir
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:Hüquq
Son müraciət tarixi:2026-02-13
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:19/01/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör