Hüquq departamentində Sənədlərlə iş üzrə təcrübəçi

Elanın vaxtı bitmişdir
880 baxış
📍Abşeron Logistika Mərkəzi


 

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərlə iş, mövcud müqavilə bazası ilə işləmək, bazanı qorumağı öyrənmək;
  • Müqavilələrin tərtibi, rəsmiləşdirilməsi və sənəd dövriyyəsinin təşkili;
  • Müqavilələrin sistem üzrə arxivləşdirilməsi və qeydiyyatının aparılması;
  • Sənəd tərtibatının təmin edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Komputer bilikləri: Word, Excel, Outlook proqramlarında işləmək bacarığı.

Peşəkarlıq tələbləri:

  • Aktiv, məsuliyyətli və nəticə yönümlü işləmək bacarığı;
  • Vaxtın idarə edilməsi;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşa bilmək.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək -https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya  CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sənədlərlə iş üzrə təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:Hüquq
Son müraciət tarixi:2025-12-12
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:13/11/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör