Rol haqqında
“Bakı Metropoliteni” QSC olaraq tikinti üzrə layihələrin icrasına nəzarətin həyata keçirilməsi məqsədilə sifarişçi təşkilata Geodezist vəzifəsinə işə qəbul elan edirik.
Metropoliten sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Öhdəliklər
Metro tunelləri, stansiyalar, şaxtalar və digər yeraltı qurğular üzrə geodeziya işlərinə nəzarətin həyata keçirilməsi;
Podratçı təşkilatlar tərəfindən aparılan geodeziya ölçmələrinin, icra sxemlərinin və hesabatların yoxlanılması;
Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, normativ-texniki tələblərə və geodeziya dəqiqlik göstəricilərinə uyğunluğunun təmin edilməsi;
Dövlət geodeziya şəbəkələri və tikinti geodeziya əsaslandırma məntəqələri ilə bağlı işlərin koordinasiyası;
Tunel qazıntıları zamanı plan, profil və istiqamət parametrlərinin monitorinqi;
Deformasiya, çökmə və yerdəyişmə müşahidələrinin nəticələrinin təhlili və hesabatların hazırlanması;
Geodeziya işləri üzrə texniki sənədlərin, rəylərin və aktların hazırlanması;
Podratçı və layihə təşkilatları ilə texniki məsələlərin əlaqələndirilməsi;
Tikinti sahəsində geodeziya işlərinin normativ sənədlərə uyğun aparılmasına nəzarət.
Tələblər
Geodeziya, Markşeyderiya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı və ya müvafiq ixtisas üzrə ali təhsil;
Geodeziya sahəsində minimum 5 il iş təcrübəsi;
Tunel, metro, dəmir yolu, şaxta və digər yeraltı tikinti obyektlərində iş təcrübəsinə üstünlük verilir;
Geodeziya cihazları (Total Station, GNSS, rəqəmsal nivelir və s.) ilə işləmək bacarığı;
AutoCAD, Civil 3D və digər müvafiq proqram təminatları ilə işləmək bacarığı(BIM və 3D modelləşdirmə proqramları ilə işləmək bacarığı əlavə üstünlükdür);
Tikinti norma və qaydaları, geodeziya işlərinin aparılması üzrə normativ sənədlər barədə biliklər;
Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı;
Texniki hesabatların və icra sənədlərinin hazırlanması üzrə təcrübə;
Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab edilir.

Vakansiyalar
Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
Topoqraf
Vakansiyalar
Vakansiyalar
Topoqraf
Maaş müzakirəyə əsasən
TIKTOK CANLI YAYIM ÜZRƏ TƏQDİMATÇİ (XANIM)
SS Estetik Group MMC
SS Estetik Group MMC
TIKTOK CANLI YAYIM ÜZRƏ TƏQDİMATÇİ (XANIM)
Maaş müzakirəyə əsasən
Anbardar
Catering 145 Group
Catering 145 Group
Anbardar
800 — 1000
Yığıcı operator
"İDEAL TRADE" MMC
"İDEAL TRADE" MMC
Yığıcı operator
450
İnkassator - Naxçıvan RİŞ
Vakansiyalar
Vakansiyalar
İnkassator - Naxçıvan RİŞ
Maaş müzakirəyə əsasən
Logistika üzrə mütəxəssis / Aparıcı mütəxəssis
Vakansiyalar
Vakansiyalar
Logistika üzrə mütəxəssis / Aparıcı mütəxəssis
Maaş müzakirəyə əsasən
Satış Məsləhətçisi (Bölgələr)
İrşad
İrşad
Satış Məsləhətçisi (Bölgələr)
700 — 1800
Təmir işləri üzrə usta
Anadolu Restaurant
Anadolu Restaurant
Təmir işləri üzrə usta
1200

