ERP üzrə şöbə rəhbəri

Elanın vaxtı bitmişdir
504 baxış

Əsas vəzifə öhdəlikləri:

  • LOGO ERP (Tiger, Wings və ya Enterprise) sisteminin şəbəkə market strukturu üzrə tam işləkliyini və inkişafını təmin etmək;
  • Hesabatlılıq, data analizi və sistem xətalarının tapılması üçün SQL-də birbaşa verilənlər bazası (database) sorğuları yazmaq və optimallaşdırmaq;
  • Şəbəkə marketlərin kassa (POS) sistemlərinin, anbar proqramlarının və tədarük zəncirinin LOGO ERP ilə problemsiz inteqrasiyasına rəhbərlik etmək;
  • Pərakəndə ticarətə uyğun olaraq mərkəzi anbar, mağaza stokları, qiymət idarəetməsi və kampaniyaların ERP-də düzgün qurulmasına nəzarət etmək;
  • LOGO sistemində lazım olan yeni hesabatlar və funksionallar üçün SQL və inkişaf komandasına dəqiq texniki tapşırıqlar hazırlamaq;
  • Mağazalar və mərkəzi ofis arasında yaranan sistem kəsintilərini, data uyuşmazlıqlarını SQL sorğuları və LOGO paneli vasitəsilə operativ həll etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • LOGO ERP sistemlərini (üst modullar daxil olmaqla) əla səviyyədə bilmək və idarəetmə təcrübəsi;
  • MS SQL Server mühitində sərbəst işləmək, mürəkkəb SQL sorğuları (SELECT, JOIN, Subqueries, Stored Procedures və s.) yazmaq bacarığı;
  • Pərakəndə satış, pərakəndə anbar idarəetməsi, barkod sistemləri və kassa (POS) inteqrasiyası proseslərini dərindən anlamaq;
  • Layihə idarəetmə və komanda rəhbərliyi (proqramçılar, sistem analitikləri ilə iş) bacarığı;
  • Böyük data kütlələri ilə işləmək, rəqəmsal analiz və problem həll etmə qabiliyyəti.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Müvafiq sahə üzrə);
  • FMCG / Şəbəkə Market (Retail) sahəsində ERP layihələrinin idarə edilməsində ən azı 3-5 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “ERP üzrə şöbə rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İT
Son müraciət tarixi:2026-06-20
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:21/05/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör