DevSecOps üzrə aparıcı mütəxəssis

Elanın vaxtı bitmişdir
478 baxış

Təsvir

  • Proqram təminatının hazırlanması proseslərində Təhlükəsiz Proqram Təminatı İnkişaf Həyat Dövrünün (Secure SDLC – SSDLC) və təhlükəsiz kodlaşdırma standartlarının (Secure Coding Standards) hazırlanması və tətbiqi;
  • Davamlı İnteqrasiya / Davamlı yerləşdirmə (CI/CD – Continuous Integration / Continuous Deployment) mühitində təhlükəsizlik alətlərinin inteqrasiyası və müşayiəti (məsələn: Tətbiqin Statik Təhlükəsizlik Testi - Static Application Security Testing, Proqram təminatının tərkib analizi – Software Composition Analysis, məxfi məlumatların aşkarlanması - secret detection, konteynerlərin təhlükəsiz skan edilməsi - container scanning, kod vasitəsilə idarə olunan infrastrukturun təhlükəsizlik skan edilməsi - IaC scanning);
  • Təhlükəsizlik alətlərindən əldə olunan zəifliklərin (vulnerabilities) mərkəzləşdirilmiş nəzarəti və prioritetləşdirilməsi, onların aradan qaldırılması üçün proqramlaşdırma komandaları ilə qarşılıqlı fəaliyyət;
  • Proqram təminatının buraxılışından əvvəl təhlükəsizlik nəzarət mərhələsinin (security gate) təşkil edilməsi (istismar mühitinə çıxarılmadan əvvəl kritik zəifliklərin olmamasına nəzarət);
  • Təhdid modelləşdirilməsinin (Threat Modeling) aparılması və tətbiq arxitekturasının təhlükəsizlik baxışında (Security Architecture Review) iştirak (autentifikasiya, avtorizasiya, secrets management, məlumatların qorunması – data protection, API təhlükəsizliyi və s.);
  • Tətbiq Proqramlaşdırma İnterfeyslərinin (API – Application Programming Interface) və inteqrasiyaların təhlükəsizliyinə nəzarət, həmçinin tətbiq proqramlaşdırma interfeyslərinin inventarizasiyası prosesinin dəstəklənməsi;
  • Yeni servis və rəqəmsal məhsullar üçün təhlükəsizlik tələblərinin hazırlanması;
  • Proqramçılara təhlükəsiz proqramlaşdırma (Secure Development) və DevSecOps praktikaları üzrə məsləhət verilməsi;
  • Proqram təminatının təhlükəsizliyi üzrə metriklərin və hesabatların formalaşdırılması (zəifliklər, onların aradan qaldırılma müddətləri, təhlükəsizlik nəzarətlərinin əhatə səviyyəsi);
  • Yeni təhlükəsizlik alətlərinin qiymətləndirilməsi və tətbiqi, DevSecOps platformasının inkişafı.

 

Tələblər

  • Ali təhsil;
  • Tətbiq təhlükəsizliyi və ya informasiya təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Orta səviyyədə ingilis dili biliyi mütləqdir;
  • CDP və ya CKA sertifikatları arzuolunandır;
  • Komandada işləmək bacarığı, intizamlılıq və məsuliyyətlilik.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İT
Son müraciət tarixi:2026-04-14
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:15/03/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör