Riyaziyyət, statistika, kompyuter elmlərini anlayan, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyətinə malik motivasiyalı təcrübəçilər axtarışındayıq. Siz, təcrübə müddəti ərzində məlumat toplama, təmizləmə və hazırlama,statistik və Machine Learning modellərinin tətbiqi, məlumat analizi və başqa müvafiq istiqamətlər üzrə təcrübələr qazanacaqsınız. Python, SQL, Tableau kimi qabaqcıl texnologiyalarla işləyərək öz inkişafınıza töhfə verəcəksiniz.
Magistr tələbələri və ya universiteti yeni bitirmiş məzunlar;
Ali təhsil ( Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
Machine Learning, SQL/PL SQL, Python proqramlaşdırma dili üzrə biliklər;
Tableau bilikləri arzuolunandır;
Tam iş günü təcrübədə iştirak edə biləcək namizədlər;
Motivasiyası yüksək, yeniliklərə açıq və məqsədlərini reallaşdırmaq istəyən gənclər.
Yeni texnologiyalarla, qabaqcıl analitik modellərlə tanış olmaq;
Biznesin inkişafı üçün yeni analitik modellərin qurulmasında dəstək olmaq.
Bacarıqlarınızı inkişaf etdirin və maliyyə texnologiyasında istifadə olunan ən son alətlər ilə tanış olun;
Böyük və güclü komanda ilə işləmək imkanı əldə edin;
Biliklərinizin real iş mühitində necə tətbiq olunduğunu kəşf edin və fintex sənayesinin dinamik mühitinə dair anlayış qazanın.
Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.
Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
700 — 1300

Vakansiyalar
1500 — 2500

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən