4SİM Təcrübə Proqramı

132 baxış

4SİM tələbə və yeni məzunlar üçün təcrübə proqramı elan edir.

4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyən tələbə və yeni məzunları 3 aylıq təcrübə proqramına müraciət etməyə dəvət edir.

Müraciətlər aşağıdakı istiqamətlər üzrə qəbul edilir:

1. Data analitikası – Power BI, Python, Web Scraping, ETL.


2. Layihələrin hesabatlılığı – layihələrin icrasının izlənilməsi, hesabatların hazırlanması və nəticələrin təhlili.

3. Kontent yaradıcılığı və rəqəmsal marketinq – sosial media üçün kontentin hazırlanması, rəqəmsal kommunikasiya və marketinq fəaliyyətləri.

4. Tədqiqat və analitika – tədqiqat metodologiyası, analitik təhlil və düşüncə, məlumat mənbələrinin qiymətləndirilməsi, tədqiqat sənədlərinin hazırlanması; ingilis dili biliyi – minimum B2 səviyyəsi.

5. CRM və müştəri münasibətlərinin idarə edilməsi – güclü ünsiyyət bacarıqları, məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı. CRM üzrə əvvəlcədən iş təcrübəsi və ya xüsusi bilik tələb olunmur.

6. İnsan resursları – şəxsi işlərin və HR sənədlərinin hazırlanması, HR proqramları ilə işləmək bacarığı, güclü ünsiyyət və komandada işləmək bacarığı; ingilis dili biliyi arzuolunandır.

Qeyd:
• Təcrübə proqramını uğurla bitirən iştirakçılara sertifikat veriləcək.
• Proqram hibrid formada həyata keçiriləcək.
• Seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcək.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Hibrid, Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:İT
Son müraciət tarixi:2026-12-23
Vəzifə dərəcəsi:Təcrübəçi
Elan paylaşılıb:23/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 321 vakansiyanı gör