CRM Şöbə müdiri

Elanın vaxtı bitmişdir
1423 baxış

Hazırda şirkətimiz — Araz Supermarket MMC-nin Marketinq Departamentində CRM Şöbə müdiri vəzifəsi üzrə peşəkar namizəd axtarırıq.

Vəzifənin öhdəlik və tələblərini aşağıda qeyd edirəm. Uyğun namizədlər CV-lərini mövzu hissəsində “CRM Şöbə müdiri” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Öhdəliklər:

  • Şirkətin CRM strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək;
  • Müştəri bazasının segmentasiyasını və davranış analizlərini təşkil etmək;
  • Müştəri loyallığının və retention göstəricilərinin artırılması üzrə strategiyalar hazırlamaq;
  • CRM kampaniyalarının planlaşdırılmasına, icrasına və nəticələrinin təhlilinə rəhbərlik etmək;
  • Müştəri lifecycle mərhələlərinə uyğun kommunikasiya strategiyaları formalaşdırmaq;
  • Fərdiləşdirilmiş kampaniya və təkliflərin hazırlanmasını təmin etmək;
  • E-mail, SMS, push notification, mobil tətbiq və digər müştəri kommunikasiya kanallarının effektivliyini artırmaq;
  • CRM göstəricilərini, kampaniya nəticələrini və müştəri davranışlarını analiz etmək;
  • Customer Lifetime Value, Retention Rate, Conversion Rate, Churn Rate və digər əsas KPI-ların monitorinqini həyata keçirmək;
  • Marketing, E-commerce, IT, Data Analytics və digər komandalarla sıx əməkdaşlıq etmək;
  • CRM proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə layihələrə rəhbərlik etmək;
  • Müştəri məlumatlarının effektiv istifadəsini və data-driven marketing yanaşmasının inkişafını təmin etmək.

Tələblər:

  • CRM, Digital Marketing, Loyalty, Customer Experience və ya əlaqəli sahədə rəhbər səviyyədə iş təcrübəsi;
  • CRM strategiyasının hazırlanması və tətbiqi üzrə praktiki təcrübə;
  • Müştəri segmentasiyası və data analitikası üzrə güclü biliklər;
  • CRM platformaları və marketinq avtomatlaşdırma alətləri ilə iş təcrübəsi;
  • Kampaniya performansını və müştəri davranışlarını analiz etmək bacarığı;
  • KPI-larla işləmək və nəticələri biznes göstəricilərinə çevirmək bacarığı;
  • Strateji və analitik düşüncə;
  • Güclü kommunikasiya və komanda idarəetmə bacarıqları.


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Marketinq
Son müraciət tarixi:2026-10-23
Vəzifə dərəcəsi:Şöbə müdiri
Elan paylaşılıb:24/09/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 319 vakansiyanı gör