Biznes TV komandası böyüyür!
Televiziya, rəqəmsal media və video istehsalı sahəsində peşəkar komandamıza aşağıdakı vəzifələr üzrə əməkdaşlar axtarırıq:
• Kreativ direktor
• Videoqraf
• Montajçı
• Səs rejissoru
• Efir rejissoru
Biznes TV-nin proqram, veriliş və video layihələrinin ümumi yaradıcı istiqamətinin formalaşdırılması, yeni layihə konsepsiyalarının hazırlanması və yaradıcı komandanın koordinasiyasına cavabdeh olacaq.
Tələblər: yaradıcı düşüncə və vizual yanaşma, komanda idarəetmə və liderlik bacarığı, çoxsaylı layihələri paralel idarə etmək qabiliyyəti. Televiziya və ya kreativ istehsalat sahəsində təcrübə üstünlükdür.
Televiziya, reklam və sosial media layihələri üzrə peşəkar video çəkilişlərin həyata keçirilməsi, kamera və işıq avadanlıqlarının düzgün istifadəsi və çəkiliş keyfiyyətinə nəzarət.
Tələblər: professional kamera ilə işləmək, kadr quruluşu, kompozisiya və işıqlandırma prinsiplərini bilmək. Adobe Premiere Pro və ya DaVinci Resolve biliyi üstünlükdür.
Biznes TV-nin video materiallarının montajı, audio, video və qrafik elementlərin sinxronlaşdırılması, rəng korreksiyası və materialların texniki standartlara uyğun hazırlanması.
Tələblər: Adobe Premiere Pro proqramında sərbəst işləmək, vizual montaj və ritm prinsiplərini bilmək. After Effects biliyi və portfolio üstünlükdür.
Studiya və çəkiliş meydançalarında səs yazılarının həyata keçirilməsi, audio avadanlıqlarının idarə olunması, audio materialların işlənməsi və canlı yayım zamanı səs keyfiyyətinin təmin edilməsi.
Tələblər: audio avadanlıqları və mikrofon sistemləri ilə işləmək, Adobe Audition, Pro Tools və ya analoji proqramlardan istifadə bacarığı.
Canlı və yazılmış efirlərin texniki idarə olunması, efir axınının koordinasiyası, texniki heyətlə operativ iş və efir zamanı yaranan problemlərin həlli.
Tələblər: efir idarəetmə sistemləri ilə işləmək, stress altında operativ qərarvermə, yüksək məsuliyyət və diqqət. Növbəli iş rejimində işləmək imkanı tələb olunur.
Televiziya sahəsində iş təcrübəsi üstünlükdür. Namizəddən məsuliyyətli, operativ, detallara diqqətli və komanda ilə effektiv işləyə bilən olması gözlənilir.
Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir.
Biznes TV komandasının bir hissəsi ol!

İş elanlarını ilk sən gör!
Ən son vakansiyalardan anında xəbərdar olmaq üçün Telegram kanalımıza qoşul.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Ondigital Agency
Ondigital Agency
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən